Bu yaxınlarda BuzzLook marketoloqların manitorinqlə məşğul olmasının 64 səbəbini açıqladı. Monitorinq aparmağın əsas məqsədi marka və məhsul haqqında informasiya əldə etmək və münasibəti bilməkdir. Monitorinqin bir neçə növü vardır. Onlardan bir neçəsini aşağıda sizin üçün göstəririk.


1.Markanın informasiya sahəsində monitorinqi


Necə? İxtisaslaşdırılmış saytlarda, forumlarda və digər saytlarda bir marka axtarırıq. Əsas icmalarda markanı təhlil edirik. Aşağıda daha açıq göstərək.


Niyə? Markanın informasiya sahəsindəki monitorinqi təkcə cəmiyyətin rəyini öyrənməyə icazə vermir. Bunlar əslində markanın imici üçündür. Bundan əlavə siz bu işə mütəxəssisləri də cəlb etməlisiniz. Bütün bunlar informasiya sahələrində tətbiq edilir, belə ki, biz onları başqa sahəyə ayırmaq istəmirik.


2. Rəqiblərin monitorinqi


Necə? Rəqiblərinizin monitorinqlərini izləyin. Bunu internetdə edə bilərsiniz. Bloqlar, sosial şəbəkələr, saytlar vasitəsi ilə izləyə bilərsiniz.


Necə? Bu yolla biz rəqiblərimiz haqqda mənfi şərh axtarırıq. Təbii ki, hansısa müştəri mənfi fikir bildiribsə... Tanınmış marketoloq İqor Mann öz müzakirəsində “ müştəri düşməndir?” demişdir. Şərhinin davamını isə o belə gətirmişdir: “xeyr pis müştəri yoxdur narazı müştəri vardır. Narazı müştəri isə sizin əleyhinizə təsir göstərə bilər”.


3. Müştəri xidmətləri sahəsində monitorinq


Necə? Müştəri ilə online rejimində işləmək (və ya əlaqə saxlamaq). Müştəriyə fikirlərinə və suallarına görə təşəkkür edək. Müştərinin problemi barədə vaxtında xəbər tutaq. Müştərilərin məhsullarımız və xidmətlərimiz barədə fikrini öyrənək. Auditoriyaların ehtiyacına istinadən yeni digital xidmətin xüsusiyyətlərini öyrənək.


Niyə? Müştəri ilə uzunmüddətli və inamlı əlaqələr yaratmaq, müştərinin problemlərini tez və yerindəcə həll etmək bizim səlahiyyətimizi də artırır. Müştərini ətrafında öz məlumat sahəni yaratamaq rəqibə qarşı güclü mübarizədir. Bütün bunlar auditoriyanın tələblərini və ehtiyaclarını araşdırıb aydınlaşdırmağa kömək edir.


4. Məhsulun inkişafı sahəsində monitorinq


Məhsulumuz barədə fikiriləri necə öyrənə bilərik? Məhsulumuzun barədə fikirləri bilmək üçün məhsulunuznun kiçik test formasını yaradın və müştərilərinizdən fikir bildirməsini xahiş edin. Bununla yanaşı rəqiblərinizin də etdiklərini gözdən qoymamaq vacibdir.


Niyə? Markanın inkişafı haqqında taktikalar və startegiyalar planlaşdırın. Məhsulun yayılması və istifadəsi haqqında yeni yolları öyrənin. Özünüz üçün müştərinizin məhsulunuzun unikal kefiyyti barədə düşüncələri barədə araşdırın.


5. Böhran əleyhinə texnologiyalar barədə monitorinq


Necə? Potensial təhlükələrin siyahısı yaradın. Məhsulunuz barədə daha çox fikirləri isə saytlardan tapa bilərsiniz. Pik saatlarınıznı hər zaman qeyd edin. Rəqiblərinizin yeniliklərini də daima izləyin.


6. Reklam və marketinq monitorinqinin effektivliyi


Necə? Reklamdan istifadə mesajlarının yayılmasını izləyin və auditoriyanın münasibətini izləyin.


Niyə? Audioriyanın markaya və məhsula qarşı olan münasibətini öyrənmək və onları idarə etmək üçün.


7. Axtarışı optimizasyonu (SEO) monitorinq


Necə? Web saytlarda reklam mətninə uyğun açar sözləri seçin. Şəxsi media məzmunu yaratmaq üçün söz (copywriters) siyahısı düzəldin.


Niyə? Bu monitorinqin köməkliyi ilə sektordakı açar sözlərin effektivliyini aydın edirik. Markanın tanıdılması üçün yeni platformalar var və marka yeni auditoriyalara tanıdılır. Ən vacib məsələ isə markanın imicini yaratmaqdır.


8. Media Monitorinqi


Bu sizin şirkətinizdən asılı olaraq media üçün az yə ya çox əhəmiyyətli ola bilər. Əgər jurnalistlər arasında o qədərdə məşhur deyilsə, onu mediada daha çox tanıtmalı və əlaqə vasitələrinizi internetdə qeyd etməlisiniz ki, sizinlə asan əlaqə yarada bilsinlər.


Niyə? Media monitorinqi nəzarət etməyə daha çox kömək edir.


Bütün bu monitorinqlər sizə gələcək barədə planlar qurmağınıza kömək edəcək.