Milli musiqi xəzinəsinə yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasının bəstəkarı Üzeyir Hacıbəyovun anadan olması münasibəti ilə “Google.az” öz dizaynında dəyişiklik edib və Azərbaycanın dahi bəstəkarının 128 illiyinə həsr olunmuş “dudl” təqdim edib. Google bu gün münasibəti ilə dahi bəstəkarın doğum günü şərəfinə onun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" , “Leyli və Məcnun” kimi əsərlərinin fotolarını əks etdirən dizayn yerləşdirib. İstifadəçilər səhifəyə daxil olub Üzeyir Hacıbəyovun interaktiv təsvirini görə bilərlər.


 


Google axtarış sisteminin Azərbaycan dilində olan versiyasında istifadəçilər yerləşdirilmiş interaktiv təsirin üzərinə basaraq, “Üzeyir Hacıbəyov” adı üzrə axtarışın nəticələrinə keçə bilərlər.  


Qeyd edək ki, Google şirkəti “dudlları” 1998-ci ildən yerləşdirməyə başlayır və hər dəfə onlar müəyyən bir şəxsiyyətə, tarixi hadisəyə, elmi kəşfə həsr olunur.