“YARAT” Müasirİ ncəsənət Məkanı 28 il “Coca-Cola” şirkəti tərəfindən dəstəklənən və dünya miqyasında çimərlik, daxili sular və okeanların zibil və tullantıların təmizlənməsinə dair ən iri birgünlük könüllü aksiyaya qoşulacaq. Bu təşəbbüsə artıq dünyanın 27 ölkəsində 24 minə yaxın könüllü qoşulub və bu rəqəm artmaqda davam edir.


 


Azərbaycanda sözügüdən aksiya bu ilin sentyabrın 21-də – Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü – “Yığ. Təmizlə. Fərqi Hiss Et!” şüarı altında Mərdəkan çimərliyində təşkil olunacaq ki, təşəbbüsə qoşulan könüllülər sahilyanı ərazini zibil və məişət tullantılardan təmizləyəcək. “Coca-Cola” şirkəti tərəfindən bütün aksiya iştirakçıları nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi avadanlıqla təmin olunacaq.


 


Tədbir çərçivəsində “YARAT” Müasir İncəsənət Məkanının təşkil etdiyi “Participate Public Art Festival 2013”də iştirak edən gənc rəssamların işləri bu aksiyaya xüsusi abu-hava qatacaq.


 


Bununla yanaşı, aksiya zamanı “YARAT” kurator və rəssam Səbinə Şıxlinskayanın “Save the Earth” adlı işini təqdim edəcək ki, burada adi sərnişin avtobusu plastik butulka toplayan hərəkətli konteynerə çevrilib. S.Şıxlinskayanın bu işi ilk dəfə olaraq cari ilin avqust ayında Bakı şəhərinin mərkəzi avtovağzalının binasının qarşısında paytaxt sakinləri və şəhərin qonaqlarına nümayiş olunub.


 


Aksiyadan sonra Amerikadan olan “Rebar Group” art-kollektivi və rəssam Con Bel tərəfindən yaradılmış “Parkcycle” mobil kiçik park təqdim olunacaq ki, bu park bir anda şəhər landşaftını dəyişə bilir və bunula da sakinlərə təbiətin balaca hissəsini bəxş edir.


 


Bundan başqa, aksiya çərçivəsində Nataliya Pastuxovanın “Yaxşı İt” instalyasiyası da təqdim olunacaq. Bu instalyasiya özündə Bakının evsiz itlər sığınacağında yerləşdirilən itlərin portretlərini əks etdirir.


 


Təqdim olunacaq hər üç iş ətraf mühitin müdafiəsi və şəhər ekologiyasına diqqəti cəlb etmək üçün nəzərdə tutulub.


 


Aksiyada iştirak etmək istəyənlər 436-90-67/435-85-09 telefon nömrələrinə zəng edib, info@redcom.az ünvanına e-mail göndərib və ya aksiyanın “Facebook” səhifəsində qeydiyyatdan keçə bilər.