Telefonların beynəlxalq məlumat bürosu Yellow pages loqosunu dəyişdi. Artıq loqoda 2 barmağın yerinə 2 hərf - YP əks olunmuşdur. Bu hərflər yağlı sarı rənglə çəkilmişdir. Yeni loqonun hazırlanması ilə eyni zamanda 2 agentlik məşğul olurdu - İnterbrand NY və BarrettSF.
"Biz loqonu sadə etmişik ki, insanlar tərəfindən rahat anlaşılsın. Bu həmçinin brendə də aiddir. Bizim məqsədimiz brendi əlçatan, anlaşılan etməkdir", Interbrand agentliyinin nümayəndəsi bildirdi. Köhnə loqodan çətin və anlaşılmaz olduğu üçün imtina edildi.