“Google” jestlərin tanınması üçün texnologiya istehsalçısı “Flutter” şirkətini satın alıb. Şirkətin həlləri müasir multimedia texnikasında musiqi parçalarının tənzimlənməsində tətbiq edilir.
“Flutter” şirkəti, həmçinin “Mac” və “Windows” əməliyyat sistemləri üçün proqram təminatı istehsal edir. İstifadəçilər jestlərin hesabına “iTunes” və “QuickTime” proqramlarına nəzarət edə bilərlər. “Flutter” şirkətindən bildirilib ki, “Google” tərəfindən satınalmadan sonra onlar jest texnologiyaları sahəsində öz tədqiqatlarını davam etdirəcəklər.