Daxili müştərini 2-ci sıraya qoymaq xarici müştərini nəzrərə almamaq deməkdir. Bu barədə çoxlu qeydlər və tədbirlər var. Mövzu dəfələrlə səsləndirilmişdir. Maddi və qeyri maddi arqumentlərlə əməkdaşların motivasiyasının təmin edilməsi reallıqda çox əhəmiyyətli mövzulardır. Lakin bunlardan da öncə gələn mövzu şirkətin özünə məxsus missiya və hədəflərinin olmasıdır.


Heç şübhəsiz istər sahibkarlar istərsə də icraçı rəhbərlik tərəfindən bu amillər müəyyən olunur. Lakin müəyyən olunmuş məqam mütləq şəkildə əməkdaşlarla bölüşülməlidir. Əlbəttə yüksək konfidensiallıq tələb edən məqamlar nəzərdə tutulmur. Hər bir əməkdaş gedən prosesdən məlumatlı olmalı və bu prosesə öz əlavəsini təmin etməlidir. Ancaq qazanda bişənin nə olduğunu bilmədən fəaliyyət göstərmək əbəs enerji sərf edilməsindən heç nə ilə fərqlənmir.
Bu məqamda mən McDonalds xatıtlayıram. Tələbə idim və müəsisənin nə zaman təsis olunduğunu bilməkdən daha çox mənə satılan məhsulların hazırlanma qaydası daha maraqlı idi. Hərdən fikirləşirdimki bu qədər məlumat nəyə lazımdır. Mənə nə kim tərəfindən necə və nə üçün təsis olunub. Çox sonralar yalnış düşündüyümü başa düşdüm.
Siz özünüzdən soruşa bilərsiniz. Çalışdığınız şirkətin təsis olunma tarixi Sizə bəllidirmi? Əslində bu nəzərə çarpmayan və xırda bir məqam müştərilərə xidmət göstərən insanların fəaliyyətinin stimullaşdırlmasında mötəbər hadisə rolunu oynaya bilər. Sizin əməkdaşlarınız şirkətinizin hansı ideyanın məhsulu olması və məqamı barədə və eləcə də bu məqama nə qədər yaxın olmamaları barədə məlumat sahibi olmalıdırlar. Onlar - “kiçik insanlar” özlərini “əhəmiyyətsiz” fəaliyyətləri ilə nə qədər önəmli işlər gördüklərini anlasalar bunun işə yalnız faydası toxuna bilər.
Bir məsəl var “Каким ты был, таким и остался“. Bir məsələ də əməkdaşların deqradasiyasıdır. Bu çox mühüm faktordur. Əlbəttə xarici faktorların sayəsində bu problem aradan qaldırımağa çalışıldığı zaman kifayət qədər ciddi vəsaitlər xərclənir. Lakin bununla bərabər insanlara özlərini yetişdirmək və yeni biliklərə yiyələnmək üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək lazımdır. Onların, maraqları və ya potensialları olan sahələrdə yetişdirilmələri həm onlara, həm də Sizə faydalı olacaq. Sizin əməkdaşınızın inkşafı sizin şirktənizin inkişafı deməkdir.
Normal iş şəraitinin yaradılması daxili məmnuniyyəti yaradan amillərin başında gedir. Meyvələr yalnız münbit şəraitdə yetişə bilər. İş isə normal iş şəraitində uğurlu ola bilər.
Normal münasibətlərin qurulması. Burda maddi yox mənəvi faktorlar ön planda olmalıdır. İyerarxiya qorunmalı və subordinasiya saxlanmalıdır. Onlar Sizi görəndə sevinməli və sizinlə işləməkdən zövq almalıdırlar. Bir çox hallarda iyerarxiya və subordinasiya qorunsa da işlərin delegasiyasında ciddi problemlər yaranır. Halbuki bu çox vacib faktordur. İş prosesinin düzgün bölüşdürülməsi mənşəyindən asılı olmadan bütün əməkdaşların eyni münasibətə layiq görülmasi çox vacibdir. Xarakter və vərdişlərindən asılı olmadaığı kimi, rəhbərliklə qohumluq dərəcəsindən asılı olmayaraq insanlar Sizin şirkətdə işləmək üçün gəlmişlər. Bunu qəbul etmək və müvafiq olanı həyata keçirmək lazımdır. Sizin əməkdaşlar özlərini şirkətin sahibi kimi hiss etməli və öz şirkətləri üçün çalışacaqları kimi çalışmalıdırlar.
Müştəri məmnuniyyətinin həyata keçirilməsində dəyər yaradan zəncirin əsas halqalarından biri daxili müştəri məmnuniyyətidir. Hər bir zəncir isə ən zəif halqası qədər güclüdür.