Geox şirkəti keçən il su keçirməyən Amphibiox ayaqqabılarını dünyanın ən yağışlı hissəsi-Şimali Hindistanda uğurla sınaqdan keçirdikdən sonra ilhamlanaraq onları şəhər şəraitində sınaqdan keçirməyi qərara aldı. Şəhərdə yağış az yağdığına görə süni buludlar yaradıldı. Norveç agentliyi SMFB-nin kreatorları ayaqqabıların möhkəmliyini yoxlamaq üçün Barselonanı seçdilər. Video çarxların hazırlanması ilə MediaMonks şirkəti məşğul oldu. 


 


Çarxda buludlar əsas qəhrəman olan Tomu izləyir. Bir həftə ərzində Tom günəşli havada yağış altında qalaraq islanmalı olur. Hər gün Tom turist gəzintisi, görüş və iş üçün uyğun olan yeni ayaqqabılardan istifadə edir. Uzadılmış makroçəkiliş ayaqqabıların sınaqdan keçdiyini göstərir. Belə ki, Tomun bütün bütün gün ərzində yağış altında qalmağına baxmayaraq ayaqları quru qalmışdır. 


Kampaniya internetda yayımlanmaq üçün nəzərdə tutulmuşdur. Bunun üçün ayrıca платформа yaradılmışdır, Tomun macəraları isə ayrıca video çarxlarda nümayiş olunur.