İtaliyanın məşhur “Andrew’s Ties” brendinin Bakıda butiki açıldı. Artıq neçə illərdi ki, öz gözəlliyi və nəfisliyi ilə hamını heyran qoyan vədünyanın 70-dən çox ölkəsində bir birindən yaraşıqlı satış nöqtələrinə malik olan bu brend nəhayət ki, Bakımızın gözəlliyinə gözəllik qatdı.


 


Öz konsepsiyasına görə “Andrew’s Ties” brendinin butiki nəinki hamımızın sevimli alış-veriş məkanı olacaqdır, o həmçinin müxtəlif növ qalstukların sərgi salonuna çevriləcəkdir. İnsanlar bura gəlməklə hər paltara, hər tədbirə, hər zövqə uyğun qalstuk seçə biləcəklər. Butikdə italiya ustalarının peşəkarlığı nəticəsində əl ilə nəfis şəkildə, incə və rəngarəng italiyan ipəklərindən tikilmiş kişi geyiminin ən klassik aksesuarlarından biri olan qalstukların əsl sənət əsərinəçevrildiyinin şahidi oluruq.


 


12 yaşının olmasına baxmayaraq hamımız bu brendi yaxşı tanıyırıq. Milanda və dünyanın bir sıra ölkələrində olarkən sevə-sevə axtarıb tapdığımız və alış-veriş etdiyimiz bir butikin Bakımızda açılması hamımıza bir hədiyyədir. Hər naxışdan istənilən rəng, müxtəlif formalı və ölçülü qalstuklar özlərinin istehsal nömrələrinə malik olmaqla bərabər təkrarçılığa yol verilməməsi  prinsipi ilə satışa çıxarılır.


 


Butikin açılış mərasiminə gələnlərin çöhrəsindəkisevinc hissi onların bu brendin Bakıya qədəm qoymasındanməmnun olduqlarını sübut edir. Azərbaycan üzrə təmsilçi “La Cravatta Baku” şirkətinin dəvəti ilə Bakıya gəlmiş “Andrew’s Ties” brendinin sahibi cənab Paolo Smafora Bakının gözəlliyinə vurulduğunu və bu butikin Bakıda açılmasına görə özünü xoşbəxt hiss etdiyini bildirdi.  Sonda Oskar Vayldın məşhur bir kəlməsini xatırlatmaq istəyirəm: Gözəl bağlanmış qalstuk həyatda atılmış ilk ciddi addımdır”.