Azərbaycanda sığorta sektoruna həsr olunan ilk ixtisaslaşmış internet portal olan www.fins.az saytını diqqətinizə çatdırmaq istərdik. Saytımızda sığorta sektorunda baş verən yeniliklər – yeni sığorta məhsulları, şirkət xəbərləri, tənzimləyici orqanların qərarları, sığorta bazarındakı proseslər barədə məlumatlar əksini tapır. Fins.az-ın oxucuları sığorta sahəsindəki proseslərlə bağlı araşdırmalar, analitik materiallar, mütəxəssis və ekspertlərin müxtəlif məsələlərlə bağlı şərh və müsahibələri ilə tanış olmaq imkanı qazanıblar. Fins.az-da sığorta şirkətlərinin plan və göstəriciləri, ayrı-ayrı bazar iştirakçıları və ümumilikdə sığorta sahəsi ilə bağlı statistik məlumatlar yer alıb.


Fins.az-ın əsas missiyalarından biri əhalinin və potensial müştərilərin sığorta ilə bağlı maarifləndirilməsi, Azərbaycanda sığorta işinin populyarlaşdırılmasıdır. Bu məqsədlə saytda ayrı-ayrı sığorta növlərinin fayda və üstünlüklərinin, sığorta məhsullarının xüsusiyyətlərinin ətraflı izah olunmasına xüsusi diqqət yetirilir.


 



Bundan başqa, sığorta xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, müştərilərin hüquqlarının qorunması və bu sahədə istehlakçı mədəniyyətinin formalaşdırılması məqsədilə, Fins.az-da sığorta ilə bağlı sorğuların cavablandırılması, sığorta mübahisələri üzrə müxtəlif halların izahı nəzərdə tutulub.


 



Əhali ilə sığorta şirkətləri arasında interaktiv əlaqəni təmin edən platforma rolunu oynamağı planlaşdıran Fins.az bu məqsədlə müxtəlif yeniliklərdən, o cümlədən informasiya texnologiyaları və multimedia imkanlarından geniş yararlanmağı planlaşdırır. Portalda əhalinin, o cümlədən ayrı-ayrı istehlakçıların ayrı-ayrı sığorta şirkətləri ilə bağlı müraciətlərinin qəbulu və bu müraciətlərin sığorta şirkətləri və digər aidiyyatlı qurumlar tərəfindən cavablandırılması üçün imkanlar da nəzərdə tutulub.


 



Bu məqsədlərin yerinə yetirilməsi üçün Fins.az sığorta sektorunun və bazarının iştirakçıları – tənzimləyici qurumlar və sığorta şirkətləri ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.