Yerli mediamızda dəbdə olan sözlərdən biri olan "etibarlı mənbədən aldığımız məlumata görə" "Dəvəçi Broyler"ə məxsus "Səba" brendi öz yeni loqosunu artıq istifadəyə verib. Məlumata görə loqo üçün dizaynı Londonda məşhur şirkətlərdən biri edib və bunun üçün həmin şirkətə 40 min euro ödənilib. İmanımızı yandırmayaraq onu da qeyd edək ki, ola bilər ki, bu məbləğ, hətta daha artığı ümumi rebrendinq işləri üçün ödənilib. Odur ki, tərəfimizdən məlumatı dəqiqləşdirib məlumat verəcəyik. 


İstənilən halda, "Səba"nı yeni görünüşündən dolayı təbrik edir və bol-bol satış arzu edirik.