Bu yeni reklamda Toyota USA Toyota Camrynin yenilənmiş versiyasını təqdim etdi. Ancaq, maşının daha yaxşı performansını göstərmək yerinə, reklamverenler gündəlik şeyləri yenidən düşünmək qərarı verib.
Ümumiyyətlə dünyanı əgər Toyota mühəndisləri yaratsaydılar onda hər şey belə olardı, məsələn: divanda çoxlu yarı-çılpaq qadınlar olardı, divardakı pərdələr pizzaya çevrilərdi, kök adamları arıqladan yağışlar yağardı, polis oğrunu masaj edərdi, ağlamayan uşaqlar oladı, otaqları batırmayan bitkilər olardı və s.
Kampaniyaya əlavə marketinq aləti kimi #reinvented haşteqindən istifadə etməklə twitterdə hər hansı bir predmeti, varlığı, insanları ideal olaraq necə görmək istəmələri baxımından öz fikrini də yazmaq mümkündür.
Kampaniya haqqında əlavə həlumatı rəsmi twitter səhifəsindən ala bilərsiniz. Kampaniyanın kreativini isə Saatchi&Saatchi LA reklam agentliyi düşünüb.