“Instagram” fotoxidmətində yerləşdirilən populyar videoçarxların təxminən 40%-i kommersiya şirkətləri və brendlərə məxsusdur.

“Instagram” istifadəçiləri arasında ən populyar MTV hesablarında yerləşdirilmiş videolar olub. Sözügedən fotoxidmətin istifadəçiləri MTV-nin sentyabrın 9-dan oktyabrın 9-dək dərc edilmiş 84 çarxına 130 min dəfədən çox istinad ediblər. Populyarlıq reytinqində ikinci yerdə Milli Basketbol Liqasının (MBA) hesabındakı videolar qərarlaşıb.

Əksər brendlər artıq uzun müddətdir auditoriyası ilə münasibət üçün “Instagram”dan aktiv istifadə edir. Xatırladaq ki, “Instagram” fotoxidməti 2010-cu ildə istifadəyə verilib. 2012-ci ildə şirkət “Facebook” sosial şəbəkəsi tərəfindən satın alınıb. Video çəkmə imkanı 2013-cü ilin iyunda istifadəyə verilib.