“Twitter”in aktiv istifadəçilərinin sayı hazırda 230 milyonu ötür ki, bu da təxminən “LinkedIn” peşəkar sosial şəbəkəsinin auditoriyasına bərabərdir, lakin “Twitter”in oxucuları daha çoxdur. Hazırda “Twitter”in aktiv auditoriyasının 75%-ni mobil istifadəçilər təşkil edir. Qeyd edək ki, bir il əvvəl bu göstərici 67% olub. Mikrobloqlar xidmətində gündəlik 500 milyon tvit dərc edilir.