Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsinin biletləri fevralın 28-dən satışa çıxarılacaq. Şounun biletləri online sistemlə satılacaq. Qeyd edək ki, “Eurovision-2012” mahnı müsabiqəsi “Bakı Crystall Hall”da mayın 22, 24 və 26-da baş tutacaq. Mayın 22 və 24-də şounun yarımfinal, mayın 26-da isə final mərhələsi keçiriləcək. Artıq bir çox şirkətlər dünyanın diqqətinin Azərbaycanda olduğu bir vaxtda marketinq aktivliyi gündəliklərində əsas yerlərdən birini məhz "Eurovision 2012" üçün ayırıb. Bu da öz növbəsində sevindiricidir ki, önümüzdəki aylarda yeni-yeni kampaniyalar görə biləcəyik.