Bakı – 15 noyabr 2013-cü il. “Uçuş üçün. Xidmət üçün” kampaniyası ilə parallel olaraq, “British Airways” aviaşirkəti Bakıdan Londona uçan sərnişinin hər birinə neçə əməkdaşın xidmət göstərdiyini hesablayıb.
Hesablamalara əsasən, hər bir sərnişinə 18 müxtəlif departamentdən 96 işçi və 11 xarici təchizatçı xidmət göstərir. Premium sinif sərnişinlərinin hər birinə isə 107 işçiyədək xidmət göstərir. Sözügedən prosesə təyyarə salonunda tez yerləşdirmə, istirahət zonasından istifadə, şəxsi qarşılama və s. daxildir.
Tədqiqatın nəticələrinə görə, British Airways şirkəti sərnişinlərə Böyük Britaniya, Avropa, ABŞ və Kanadaya səyahətlər üçün xüsusi tarifini təklif edir. Xüsusi tariflərdən noyabrın 26-dək yararlanmaq olar, uçuşlar isə 2014-cü ilin iyulun 31-dək yerinə yetirilməlidir.
“World Traveller” sinifinə bir aviabiletin qiyməti 476* avrodan, “Club World” sinifinə isə 1 767* avrodan başlayır. “Bizim bütün işimizin mərkəzində - müştərilərimizin rahatlığı dayanır. Hər bir sərnişinin uçuş prosesini təmin etmək üçün cəlb olunan işçilərin sayı heyrətləndirir.
Tədqiqatın nəticələri hər gün 100 min sərnişinin səyahətində iştirak edən “səhnə arxası” işçilərin sayını göstərir”, - deyə “British Airways”ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis bildirib.
Qoşma araba sürücülərindən trapa xidmət göstərənlərədək, dispetçerlərdən təyyarə aşpazlarınadək – sizi A məntəqəsindən B məntəqəsinə ehtimal etdiyinizdən də artıq insan çatdırır”, - deyə “British Airways” şirkətinin marketinq şöbəsinin rəhbəri xanım Abiqael Komber qeyd edib.
Uçuşdan öncə 23 işçi “səhnə arxası vacib rolları ifa edirlər”. Məhz bu işçilər təyyarənin uçuşa hazır olduğunu təsdiqləyirlər. Uçuş günü bir sərnişinin uçuşunda 38 işçi bilavasitə iştirak edir.
Daha 19 nəfər isə avialaynerin uğurlu enməsini təmin edir.
“British Airways” aviaşirkətinin aviareyslərinin tam cədvəli ilə ba.com veb-səhifəsində tanış olmaq mümkündür. Müştərilər həmçinin, biletləri rezervasiya edib və reyslərinə onlayn şəkildə qeydiyyatdan keçə bilərlər.
-Son-
*Qaydalar və şərtlər: təklif barədə tam məlumat almaq üçün www.ba.com saytına daxil olun.
“British Airways” haqqında:
• “British Airways” Bakıdan Londonun Hotrou hava limanına gündəlik üçüşlar təklif edir
• “British Airways” – marşrut şəbəkəsi 75 ölkənin 165 istiqamətini əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.
• “British Airways” hər il bütün dünya üzrə 36 mln. sərnişin daşıyır.
• Aviaşirkət təyyarələrdə əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycan müştərilərinə təyyarədə 2 salon - biznes və ekonom sinifləri arasında seçim hüququ verilir.
• “British Airways” yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.