Azərbaycanın mobil rabitə operatoru Azercell Telekom 2011-ci ildə ölkə iqtisadiyyatına 170,2 milyon dollar sərmayə yatırıb, şirkətin fəaliyyət göstərdiyi 15 il ərzində isə bu göstərici 1,055 milyard dollar olub.
Bu barədə bu gün 2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirilib.
APA-nın yazdığına görə, 2011-ci ildə şirkətin dövlət büdcəsinə ödənişləri 136,1 milyon dollar təşkil edib.
Ötən il ərzində operatorun abonentlərinin sayı 9,6 faiz artaraq 4,220 milyon nəfər təşkil edib. Qeyd edilib ki, Azercell-in ölkənin mobil rabitə bazarında payı 55 faizdir. Şirkətin şəbəkəsi əhalinin 99,8 faizini əhatə edir.

Ötən il şirkət Azərbaycanda həyata keçirilən sosial layihələrə 1,2 milyon dollar vəsait qoyub.