Mobil rabitə operatoru (CDMA) – CATEL şirkəti işini bərpa edib. Bu barədə həmin operatorun istifadəçiləri məlumat verib.


Trendin məlumatına görə  şirkət əvvəl “Azerfon” mobil rabitə operatoru, “Aztelekom” və “Baktelekom” dövlət operatorları ilə CATEL şəbəkəsinin işinin hansı şirkətin tərkibində tam bərpa olunması üzrə danışıqlar aparıb. Danışıqların yekunları hələlik məlum deyil.


CATEL şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin (“417″, “418″ və “415″ indeksli telefon nömrələri, eləcə də “040″ zona kodu ilə başlayan “Fonex” mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb.


Bu gün CATEL operatoru şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentləridir.