Qısa zaman öncə "KSM Azərbaycan" şirkəti ilk KSM şirkəti olaraq fəaliyyətə başladı. Bu gün isə artıq şirkət ilk proyektini istifadəyə verib. Belə ki, KSM Azərbaycan şirkəti fəaliyyətinə informasiya məsuliyyətindən başladı və www.csraz.com saytını təqdim etdi. Azərbaycanda görülən Korporativ Sosial Məsuliyyət işləri haqda xəbərləri, bu sahədə dünya təcrübəsini, mütəxəssis rəylərini və s. paylaşan portal ölkədə fəaliyyət göstərən bütün şirkətləri korporativ sosial məsuliyyət ətrafında birləşdirməyə və bu yöndə hər bir şirkətə istiqamət verməyə, dünya çapına cıxa biləcək layihələr həyata keçirməyə iddialıdır.


Facemark olaraq "KSM Azərbaycan" şirkətinə bundan sonrakı işlərində uğurlar arzu edir və daim imkanlarımız daxilində dəstək olmağa hazır olduğumuzu bildirik. Ümidvarıq bu kimi şirkətlər Azərbaycanda sosial məsuliyyət mədəniyyətinin inkişafına öz dəyərli töhfələrini verəcəklər.