Azərbaycanın SINAM şirkəti telekommunikasiya avadanlığı və proqram təminatı təchizatı sahəsində dünyanın aparıcı korporasiyalarından olan Cisco-nun gümüş tərəfdaş (Cisco Silver Certified Partner) statusunu alıb.
Statusun verilməsi ilə bağlı qərar Cisco tərəfindən aparılmış müstəqil audit nəticəsində şirkətin əldə etdiyi yüksək müsbət qiymətlərə əsasən verilib.
Cisco Silver Certified Partner statusu SINAM-ın qarşısında şəbəkə texnologiyaları sahəsində dünya lideri olan şirkət ilə birgə inkişaf və artım, sərfəli kommersiya əməkdaşlığı şərtləri, müştərilərlə əlaqələrin optimallaşdırılması və onların loyallığının artırılması, həmçinin Cisco-nun xüsusi marketinq proqramlarında iştirak üçün imkanlar açır.  
Öz növbəsində, SINAM şirkətinin əldə etdiyi yeni status müştərilər üçün də yerli gümüş tərəfdaş vasitəsilə Cisco texnologiyaları bazasında daha mürəkkəb layihələrin reallaşdırılması imkanı, Cisco avadanlığının və proqram təminatının servis dəstəyi sahəsində əlavə xidmətlərin alınması, həmçinin Cisco şirkətinin bu statusa malik tərəfdaşlar qarşısında qoyduğu standartlara uyğun maksimal dərəcədə yüksək xidmət keyfiyyəti kimi bir sıra üstünlük verir.