25 fevral  2012-ci il tarixində “AtaBank” ASC dəstəyilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının  yeniyetmələri  arasında intellektual breyin-rinq yarışı keçirildi. “Excelsior Hotel Baku” otelində baş tutmuş breyn-rinq yarışında  24 yeniyetmə iştirak etdi.  Yeniyetmələr “Turan” intellektual klubunun direktoru Vüqar Zeynalovun suallarını cavablandırdılar.


“AtaHoldinq” ASC-nin İdarə Heyətinin sədr  müavini Rauf  Qarayev  bildirdi ki,   KSM üzrə tədbirlər holdinqin  “2012-2014-cü illər üçün  strategiya”sına    uyğun olaraq  keçirilir:  “AtaHoldinq” Şirkətlər Qrupu cəmiyyət qarşısında olan korporativ sosial məsuliyyətini  təhsil, idman  və  mədəniyyət sahələrində dəstəklədiyi layihələr ilə yerinə yetirir.  Bu il də,  “AtaHoldinq”  KSM sahəsində  müxtəlif  maraqlı  tədbirlər keçirəcək. “AtaHoldinq”  ASC Korporativ Sosial Məsuliyyətə fəaliyyətinin bir hissəsi kimi baxır və  bütün layihələrdə ortaq hədəfimiz  sosial problemlərin həll olunmasına kömək göstərərək Azərbaycan cəmiyyətində rifahın daha da yüksəlməsinə nail olmaqdır”.


“AtaBank” ASC-nin Biznesin İnkişafı Departamentinin direktoru Elnur Osmanov  tədbirlə bağlı bildirdi ki, “AtaBank” ASC müxtəlif istiqamətlərdə Korporativ Sosial Məsuliyyət (KSM) layihələri həyata keçirir ki, bunlardan biri də  xüsusi diqqət və qayğıya ehtiyacı olan əhali qrupu üçün nəzərdə tutulub: bu layihə yeniyetmələrin əyləncəsi, intellektual bilik və bacarıqlarının üzə çıxarılmasına xidmət edir”.  


“Excelsior Hotel Baku”  otelinin baş meneceri Natalya Solovyova bildirdi  ki, “Excelsior Hotel Baku” il ərzində KSM  sahəsində xüsusi diqqət və qayğıya ehtiyacı olan əhali qrupu üçün bir  neçə tədbiri keçirməyi planlaşdırır:  “Bu gün keçirilən tədbir bizim 2012-ci ildə baş tutan ilk tədbirimizdir. İl ərzində bir neçə belə tədbirin keçirilməsi nəzərdə tutulub.  Bu gün  “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının  yeniyetmələri  öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazandılar. Keçirilən breyn-rinq oyunu zamanı  uşaqların fəal və intellektual bacarıqlara malik olduqları məlum oldu. Bu sahadə qalib komanda xüsusi ilə seçilib. Fəxr edirik ki, bu günkü tədbir uşaqların intelektual inkişafına öz müsbət təsirini göstərdi”


 “AtaHoldinq” ASC Ictimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi Dilara Zamanova qalib olan komanda üzvlərini təbrik edərək, onlara hədiyyələr təqdim etdi.


 Bakı  SOS Uşaq Kəndinin direktor müavini Seyfəddin Ağaməmmədov  “AtaBank” ASC-yə  və “Excelsior Hotel Baku” mehmanxanasına onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdi.  Tədbir şən mahnıların ifası ilə başa çatdı.