Martın 1-dən 10-dək Bankın xidmət şəbəkəsində “Al Kart” və ya “Nağd Kredit” kreditləri əldə edən bütün xanımlar üçün faiz dərəcəsi 26%-dək endirilir. Bu zaman adı çəkilən kreditlərin rəsmiləşdirilməsi proseduru daha sadə olacaq. Belə ki, təsdiqlənən aylıq gəlirlər “Al Kart” üzrə 200 manat, “Nağd Kredit” üzrə isə cəmi 85 AZN təşkil edə bilər. Məbləği 1500 manata (bölgələrdə 1000 AZN-dək) qədər təşkil edən kreditlər üzrə isə Bank tərəfindən zamin və girov tələbi tətbiq olunmayacaq.
Unibank-ın xanımlar üçün hazırladığı hədiyyələr dəstinə bütün pərakəndə kredit məhsulları (o cümlədən mikrokreditlər) üzrə Banka müraciət edən qadın müştərilərə «MasterCard Gold» plastik kartlarının sığorta depoziti tələb olunmadan hədiyyə olunması da daxildir. Bundan başqa, 8 Mart aksiyası çərçivəsində “Al Kart” və ya “Nağd Kredit” cəlb edən xanımlardan hər beşincisinə «Mobitel» zəmanətli «Nokia X1-01» mobil telefonu hədiyyə olunacaq. Bu zaman müştərilərin ardıcıllığı və o cümlədən hədiyyə alanların təyin olunması Unibank-ın proqram təminatı vasitəsilə kreditin cəlb olunma tarixi və dəqiq vaxtı üzrə aparılacaq. Müştəri isə Banka kredit üçün müraciət etdiyi zaman özünün neçənci olduğunu öyrənə biləcək. Hədiyyə sahibləri hər bir filial və məhsul üzrə ayrı-ayrı müəyyən ediləcək. Bankın hədiyyələri xanımlara martın 13-də təqdim olunacaq.
Qeyd edək ki, bayram aksiyasının şərtləri Bankın əməkdaşlarına tətbiq olunmur. «Unibank»ın 8 mart aksiyası barədə əlavə məlumat üçün müştərilər Bankın onlara ən yaxın yerləşdiyi filialına müraciət , eləcə də (012) 117 nömrəli telefona zəng edə bilərlər.