Artıq təbiətin isti nəfəsi müjdələyir bizi: Novruz gəlir, yaz gəlir! Soyuq qışdan sonra həyatımıza yeni nəfəs gətirən bu bahar əhval-ruhiyyəsi Novruz bayramında öz kulminasiya nöqtəsinə çatır. Hamı sevinir, bayramlaşır, insanlar bir-birlərinə hədiyyə verib, ən gözəl arzularını çatdırırlar. Azərbaycan indidən böyük coşğu ilə bu gözəl bayramı – Novruzu qarşılamağa hazırlaşır.


Coca-Cola Şirkəti də heç vaxt bu həyəcandan kənarda qalmır, evlərin qapısını həmişə hədiyyə ilə açır. Şirkət bu il də “McCann Erickson Azerbaijan” reklam agentliyinin dəstəyi ilə Coca-Cola həvəskarlarına “Coca-Cola-nız bol olacaq!” – deyir.


Artıq fevralın 13-dən başlayaraq 2 ədəd gümüşü rəngli 2,25 litrlik Coca-Cola qapağı gətirənə 1,5 litrlik Coca-Cola hədiyyə verilir! “Daha çox Coca-Cola, daha çox Novruz!” sloqanlı kampaniya martın 31-dək davam edəcək. Coca-Cola ilə yanaşı Fanta və Sprite da bu kampaniyada iştirak edir.


Qeyd edək ki, “McCann Erickson” Coca-Cola-nın Novruz kampaniyası üçün qrafik TVC, radiospot, poster və bilbordlar hazırlayıb.


İndi daha bol süfrə açmaq, daha çox qonaq qəbul etmək, daha böyük bayram keçirmək olar! Novruz bayramınız mübarək!