Ağıllı biləklikləri ilə son dövrdə diqqətləri üzərinə çəkməyi bacaran "Nike"dən radikal bir qərar gəldi. Şirkət artıq ağıllı biləkliyi olan “FuelBand”ın istehsalını dayandırmağı düşünür.



“Nike”nin bunu niyə etdiyinin dəqiq bir cavabı yoxdur. Ancaq Apple şirkətinin çox yaxında “iWatch” Samsungun isə “Gear Fit” ilə bazara girəcək olması “Nike”ni bu qərarı almağa yönəltmiş ola bilər.



“Nike”nin biləklik istehsalını dayandırmasının mənfi təsirləri şirkətin işçilərindən də yan keçməyəcək. Şirkət səlahiyyətlisi 70 nəfərlik qrupun kiçik bir qisiminin yeni strategiyalar istiqamətində işinə son veriləcəyini nəzərə çatdırdı.