Bu günlərdə qardaş Türkiyədə ortalığı yenə bir reklam qarışdırdı. Belə ki, "Biomen" saç şampunlarının reklamında Hitlerin sənədli filmdəki görüntüsündən istifadə olunması və səsin reklama uyğun adaptasiya edilməsi Amerikada yaşayan yəhudilər və Türk Musevi Cemaati tərəfindən kəskin qınaqla qarşılanıb. Hətta ABŞ-ın Türkiyədəki səfirinə bu barədə müraciət də olunub. Reklamda isə Hitlerin dilindən "kadın elbisesi giymiyorsan, kadın şampuanı da kullanma" sloqanı ilə müraciət olunub. Reklam çox qısa müddətdə o qədər womm gücü ilə yayılıb ki, artıq hər yerdə bu haqda danışırlar. Bu yöndən "Biomen"i ən azı təbrik etmək olar.
Reklama qarşı gələnlər Hitlerin soyqırım etmiş biri kimi reklamda istifadəsinin onun təbliği olduğu düşünür və bunu yolverilməz hesab edirlər. Lakin bu haqda reklamın yaradıcısı Hulusi Derici ise "Marketinq Türkiye" jurnalına müsahibəsində fərqli və bir o qədər də maraqlı fikirlər irəli sürüb. Aşağıda Sizə Dericinin bu reklam haqqında müsahibəsini olduğu kimi təqdim edirik.
Adım gibi eminim, "siz Atatürk'ü nasıl böyle maskara etmeye cüret edersiniz" tepkisi vereceklerdi. Pekiii şimdi neden Hitler'in bu reklamda maskara edildiğini, Hitler'le dalga geçildiğini düşünmüyorlar acaba? Bu şizofrenik bir durum değil de nedir?