Mərkəzi Asiya reklam festivalı olan “Red Jolbors Fest” işlərin qəbulunu 2014-cü ilin Avqust ayının 8-dək uzatmışdır. Müsabiqədə Mərkəzi Asiyadan olan reklam, yaradıcı, rabitə təşkilatları, studiyalar, ofislər, digital-agentliklər və biznes şirkətləri iştirak edə bilər.



Həmçinin Mərkəzi Asiya regionunda olan şirkətlər üçün reklam həlləri tapan “MDB”dən olan təşkilatlar da iştirak edə bilər. Red Jolbors Fest-2014 də iştirak etmək şansını qaçırmayın.



Artıq Avqust ayının 8-dən sonra işlər qəbul olunmayacaqdır. Müsabiqə professional münsiflərdən qiymət almaq və reklam bazarında özünü tanıtmağa imkan verir. “Red Jolborsdə iştirak edin və qələbə qazanın” festivalın təşkilatçılarından olan Darya Suxodolova bilidirb. Müsabiqədə iştirak etmək və ətraflı məlumat almaq üçün festivalın rəsmi internet saytına www.jolbors.com müraciət etmək olar. Müsabiqə ilə bağlı suallarınızı festivalın əməkdaşı olan “AdAsia”ya müraciət edərək welcome@worldofad.asia ünvanına yazmaqla verə bilərsiniz.



Münsiflər heyətinə isə Tomatdesign təşkilatının strategiya mütəxəssisi Fərhad Kckarov, "AdMe.ru"nun redaktoru Xenia Lukiçeva, "Voskhod" təşkilatının bədii rəhbəri Vladislav Derevyannıx, Wireframe studiyasının təsisçisi və bədii rəhbəri Mixail Qruşenkov, Safaroff yaradıcı təçkilatının təsisçisi Çingiz Səfərov, Petroglyph studiyasının bədii rəhbəri Darya Sapojnikov, Smartica Kazakhstan dijital təşkilatının tərəfdaşı Ruslan Tuqanov, AGT təşkilatının marketinq kommunikasiyası üzrə direktoru Serqey Andriyaşkin daxildir.



Bu il münsiflər heyətinin sədri Rusiyanın aparıcı marka təşkilatı olan “DDVB”nin yaradıcı direktoru Dmitri Peryshkovdur. Xatırladaq ki, Red Jolbors Fest 22-23 Avqustda bişkekdə keçiriləcəkdir. “Red Jolbors Fest” reklam festivalında ictimaiyyətlə əlaqələr sahəsi üzrə Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Azərbaycandan olan marketoloqlar, reklamçılar və mütəxəssislər iştirak edəcəkdir. Festivalı baş tərəfdaşı mobil operator xidməti “Beeline”, rəsmi tərəfdaşı “Quattro Media” təşkilatı, siyasi partiya "Beer Ball", “Park Hotel”, texniki tərəfdaş isə “Saima Telecom”dur.



Ətraflı məlumatı www.jolbors.com rəsmi internet saytından əldə etmək mümkündür.


Əlavə məlumat: Sabina Reingold: sabinareingold@gmail.com


Tel: +996 777 997 769