"Digital Analytics Summit" nədir? İndiyə qədər digital marketinq aktivtitələrindən marketoloqlar məzmun, “connectivity”, yeni texnologiyalar, kreativ tərkib və bu kimi başqa mövzulara fokuslanırdı. Lakin artıq bu səyləri nəticəsində əldə etdikləri geri dönüşü ölçmək istəyirlər.



Xərclədikləri pulun, gücün və zamanın hansı yarısının boşa getdiyini bilmək istəyirlər. Online mühitlərdə bu işin daha asan olduğunu düşünürlər, amma təəssüf ki, elə deyil.



Doğru bir strategiyaya, doğru bir müddətə, doğru vasitələrə, doğru bir yanaşmaya və doğru insanlara ehtiyacınız var. Təşkil olunan “Digital Analytics Summit” zirvə çərçivəsində, müvəffəqiyyətli alimlər və mütəxəssislərdən digital marketinq fəaliyyətinin geri dönüşü və ölçümləməsi ilə əlaqədar lazımlı bilgiləri öyrənəcəyinizi ümid edirik.



Əgər bu işi bütün dünya ilə birlikdə indi öyrənmək istəyirsinizsə bu şansı qaçırmayın! Tədbir Türkiyədə ən gözəl təhsil təşkilatı olan Boğaziçi Universitetində təşkil edilir. Sözügedən tədbirdə professorlar, marketinq idarəçiləri, məsləhətçilər, analitiklər Sizlərlə birlikdə olacaq. Tək ehtiyacınız olan şey öz işiniz və ehtiyaclarınız üçün doğru seçim etməkdən ibarətdir.



Spikerlər:



Prof. Ayşegül Toker (Proqram Koordinatoru) - Hal-hazırda Boğaziçi Universitetinin biznes fakültəsinin müəllim üzvü və İdarəetmə dekanı olaraq çalışan Prof. Toker, “Mobile Marketing: Fundamentals and Strategy” adlı kitabın yazıçısıdır. İş sahəsinə Sosial şəbəkələr və Media, E - xidmətlər və Mobil Proqramlar, E - ticarət və E - business, Customer Relationship Management, Information and Technology Based Marketing, Data mining Applications kimi mövzular daxildir.



Prof. V. Kumar (Keynote Speaker). Georgia State Universiteti - Dünya daxilində ən yaxşı 5 marketinq proffessorundan biri olaraq qəbul edilir. Philip Kotler, Paul Green, Jerry Zaltman, Jagdish Sheth kimi dünya tərəfindən məşhur marketoloqlar ilə birlikdə Amerika Marketing Association tərəfindən "Marketinq Əfsanəsi” olaraq seçildi. Marketinqin müxtəlif sahələrində 8 dəfə müvəffəqiyyət mükafatı və 200-dən çox məqalə, kitab, konfrans məqaləsi, hadisə çalışması və araşdırma hesabatının sahibidir. Nəşrləri 6 dilə tərcümə olundu. Marketinqin ən prestijli jurnalı "Journal of Marketing"in redaktorudur.



Prof. Koen Pauwels- "IT S Not the Size of the Data-It S How You Use It. Smarter Marketing with Analytics and Dashboard" adlı 2013-cü il nəşrli kitabın yazıçısıdır. Heinz, Unilever, Nissan, Sony, Marks & Spencer, Old Navy və Kayak.com kimi şirkətlərdə məsləhətçidir. "Ozyegin Universiteti”ndə marketinq professoru eyni zamanda "University of Groningen"də professordur.



Luke Moore “Crimson Hexagon”un Avropa direktoru - 10 ildən çox inkişaf etdirmə və müştəri idarə təcrübəsinə sahib olan Luke Moore, “Harvard” universiteti alimləri və məzunları tərəfindən inkişaf etdirilən, dünyanın ən müvəffəqiyyətli və gələcək vəd edən ictimai media dinləmə və ölçümləmə proqramı olan "Crimson Hexagon" şirkətinin Avropa səlahiyyətlisidir.



Erdem Tolon "Nielsen"in baş direktoru - 2002-ci ildə "Koç" universiteti iqtisadiyyat fakültəsi və 2002-2004-cü illər arasında "Norwegian School Of Economics" universitetində biznes sahəsində təhsilini tamamladı. 8 ildən çox bir zamandır "Nielsen"də kariyerasına davam etməkdə olan Tolon, televiziya, mətbuat, radio, kino, outdoor, mobil və internet mecralarında media araşdırmaları və reklam ölçümləri ilə əlaqədar işlərinə davam etməkdədir. Nielsen Online, Nielsen Mobile və Nielsen Global Marketinq Komandası daxilində iştirak edən Tolon, "online və mobil media araşdırmaları" və "online panel rəhbərliyi" əsasında işlərini davam etdirməkdədir.



Dos. Dr. Tolga Akçura "eBrandValue"nin qurucusu - Akçura, 2012-ci ildə "TUBİTAK"ın da dəstəklədiyi bir layihə ilə Global Entrepreneurship Proqramı (US State Dept / TEPAV) finalçısı eBrandValue ™ A. Ş-ni qurdu. Çox millətli markalara xidmət verən eBrandValue A.Ş., 300-dən çox markanı təqib edərək gündə 1.5 milyona çatan ictimai media məzmunları ilə birlikdə real vaxt strateji qərara dəstək mexanizmlərini təqdim edir.



İdil Kesten "Gemius"un ölkə müdiri - İdil Kesten "Qalatasaray" Universitetində təhsilinin ardından, "Afina" universitetində təhsilini tamamlamış, sonrasında Reuters, Newsweek Türkiyə və Hannover-Messe kimi beynəlxalq şirkətlərdə çalışmışdır. 4 ilə yaxın bir müddət ərzində "comScore"un Türkiyədəki filialında Türkiyə İş İnkişaf etdirmə Müdiri olaraq vəzifə almışdır. Bu an dünyanın ən böyük internet ölçümləmə şirkətlərindən biri olan "Gemius"un Türkiyə ölkə müdiri olaraq çalışmaqdadır. Newsweek, Radikal və Digital Age kimi qəzet və jurnallarında müxtəlif yazıları nəşr olunmuşdur.



Necə iştirak etmək olar? Tədbirdə iştirak üçün bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.