“Netcraf” şirkətinin dərc etdiyi “April 2012 Web Server Survey”hesabatı aprel ayında İnternetdə işlək vəziyyətdə olan veb-saytların sayını əks etdirir.

Şirkətin hesablamalarına görə, aprel ayında İnternetdə 676 919 707 sayt fəaliyyət göstərib ki, bu da 1 ay əvvələ nisbətən 5,1% çoxdur.

www.securitylab.ru saytının məlumatına görə, veb-serverlər arasında aprel ayına olan ən yüksək göstərici Apache-də qeydə alınmışdır. Bu server cari ayda host xidməti bazasını 22,8 milyon artırmaqla bazarda payını 65,5%-ə çatdırmışdır. İkinci yeri 1 ay əvvələ nisbətən 4,5 milyon artan və ümumi host bazası təxminən 70 milyona yaxın olan Nginx serveri tutur. Microsoft-un bazar payında kiçik itki müşahidə olunsa da, Microsoft IIS bazasında olan hostların ümumi sayı mart ayı ilə müqayisədə 3,5 milyon artmışdır.