"Brand Finance"ın araşdırmasına görə 2015-ci ildə ən güclü markaları sıralamasında "Lego" ilk sırada yer aldı. Markaların maliyyə xüsusiyyətləri ilə birlikdə səmimiyyət, sədaqət, tanıtım, işçi məmnuniyyəti kimi xüsusiyyətlərinə görə təyin olunan illik siyahıda "Ferrari"ni geridə qoyan Lego oldu.



Siyahıda ikinci sıraya PWC, üçüncü sıraya isə Red Bull yerləşdi. Araşdırmaya görə, markaların sürətli böyüməsində Twitter, Facebook və Baidu kimi sosial şəbəkələrin təsiri böyükdür.



Brand Finance bundan əlavə markaların maliyyə data məlumatlarına əsaslanaraq dünyanın ən qiymətli markalarını da təyin edir. Texnologiya markalarının siyahısında birinciliyi Apple alarkən, Samsung, Google və Microsoft ondan sonra gəldi. 2015-ci ilin ən güclü markaları aşağıdakı kimi sıralanmışdır:



1. Lego


2. PWC


3. Red Bull


4. McKinsey


5. Unilever


6. L’Oreal


7. Burberry


8. Rolex


9. Ferrari


10. Nike