Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli rəhbərlər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları "The Economist Events" tərəfindən "Ölkə iqtisadiyyatının neftdən kənar inkişafı" mövzusunda təşkil olunan Azərbaycan İnvestisiya Sammitində iştirak etmək üçün Bakıda toplaşıblar. Sürətlə dəyişən geosiyasi təmayüllər ona gətirib çıxarıb ki, Azərbaycan kənardan olan təzyiq və bir çox təsirlərə məruz qalan regionun mərkəzində yer alıb.



Bununla belə, dövlət müstəqil iqtisadi və siyasi mövqelərini qoruyub saxlaya bilib. Ölkə hökuməti diqqətini iqtisadiyyatın diversifikasiyasına yönəldib və regional tərəfdaşlarla əməkdaşlığa açıqdır. "The Economist" jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi altında keçirilən Azərbaycan İnvestisiya Sammitində keçid iqtisadiyyatı olan dövlətin qarşısında duran əsas perspektiv, imkanlar və çağırışlar müzakirə olunub. Sammit Azərbaycanın neft iqtisadiyyatının diversifikasiyası imkanları və ölkənin idman, təhsil və incəsənət sahələrində regional mərkəzə çevrilməsi yolları üzrə aparıcı dövlət xadimlərinin məruzələri ilə işə başlayıb.



Dünyada və regionda neft iqtisadiyyatının diversifikasiyası ilə bağlı həyata keçirilən tədbirləri qısa şərh edən C. Endryus qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb. "Hazırda bir çox ölkələr iqtisadiyyatın neft sektorundan asılılığını azaltmağa çalışır və Azərbaycan bu baxımdan istisna deyil" - deyə C. Endryus sammitin 180-dən çox iştirakçısının qarşısında çıxış edib.



Tədbirdə çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qeyd edib: "İKT sahəsi iqtisadiyyatın neft sektorundan asılılığını azaltmağa yardım edə bilər. Azərbaycan informasiya texnologiyalarının inkişafına görə inkişafda olan və inkişaf etmiş ölkələr arasında yer alır. Bu istiqamətdə əsas məsələlər sırasına 2018-ci ilədək ölkə ərazisinin 85%-nigenişzolaqlıintertenlə təmin etmək, e-xidmətlərin tam avtomatlaşdırmaq və s. daxildir. Qeyd etmək lazımdır ki, son 5 il ərzində Azərbaycan ölkənin informasiya texnologiyaları sahəsinə 2 mlrd. ABŞ dolları investisiya yatırıb".



Öz növbəsində sammitdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bildirib ki, neft kapitalının insan kapitalı ilə əvəz olunmasında təhsil sahəsinin özünəməxsus rolu var: "İlk növbədə təhsil sahəsi həm iqtisadiyyat, həm sosial həyat, həm də elm üçün kadrların hazırlanmasında müsbət rol oynayır. Təhsil sahəsinə dövlət kapitalı ilə yanaşı, özəl kapitalın cəlb olunması üçün şəraitin yaradılması əsas məqsədlərdəndir".



Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova ölkədə son 10 il ərzində sənayenin inkişafı ilə bağlı görülən işlərdən danışıb. Onun sözlərinə görə, bu dövr ərzində Azərbaycan iqtisadiyyatı real ifadədə 3, dövlət büdcəsi – 13 dəfə artıb, ölkəyə yatırılan investisiyaların həcmi 177 mlrd. dollar olub ki, bunun da 123 mlrd. dolları qeyri-neft sektoruna yönəldilib: "Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb, orta və uzun müddətdə ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir".



Sammit çərçivəsində Bakıda keçiriləcək iri idman hadisəsinə – Avropa Oyunları 2015, həmçinin bu layihəyə yatırılan iri investisiyalardan sonra qalacaq irs məsələləri, bu cür iri tədbirə ev sahiblik edən ölkənin nüfuzunun vacibliyinə həsr olunmuş məruzə ilə Avropa Oyunları - 2015-in icraçı direktoru Saymon Kleq (Simon Clegg) və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.



Müzakirələrdə bank, texnologiya, investisiya, istehsalatvə təhsil sektorlarının aparıcı nümayəndələri iştirak edib. Sammitdə "Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı"; "Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətlimikroəsasın yaradılması": "İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması"; “Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu"; "Milli artımı təmin etmək üçün təhsil və tədris"; "İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi" və 2Diversifikasiya: qeyri-neft sektorunun payının artırılması mövzuları ətrafında müzakirələr aparılıb.



"The Economist Events”:



"The Economist Events" – strateji məsələlərin həlli üçün yeni ideya axtarışında olan yüksəkvəzifəli rəhbərlərin iştirakı ilə beynəlxalq tədbirlərin aparıcı təşkilatçısıdır. Tədbirlərin siyahısına müəyyən sahələrə aid olan mətbuat konfransları, idarə edənlər üçün və bütün dünya hökumətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masalar daxildir. "The Economist Group"a daxil olan və 162 illik tarixə və qüsursuz ada malik olan "The Economist Events" mühüm nailiyyətlər və müstəqil mövqe hesabına tanınmış və nüfuzlu brend hesab edilir. "The Economist Events" tərəfindən təşkil olunmuş hər bir layihə hadisələrin obyektiv və doğru təhlilini təmin edir. Şirkətin tədbirləri yüksək səviyyədə təşkil olunur və yüksəkvəzifəli rəhbərləri müzakirə olunan məsələ ilə bağlı əlavə məlumatla təmin edir, həmçinin fikir mübadiləsi və strateji yanaşmaları müqayisə etmək imkanını yaradır.