Yaponiyanın avtomobil nəhəngi "Toyota" üç illik susma dövründən sonra investisiyalarına yenidən başlayacaq. Şirkət, Çin və Meksikada maşın bazarındakı inkişafdan yararlanmaq üçün 1.3 milyard dollarlıq kapitalla iki zavod qurmağı planlaşdırır.
Toyota 2009-cu ilin sonlarında, bir sıra texniki problemlər səbəbindən yüksək sayda avtomobilini geri çağırmaq məcburiyyətində qalmışdı. Şirkət 2020-ci ilə qədər, avtomobillərinin yarısını yeni platformada istehsal etməyi hədəfləyir. Yapon avtomobil nəhəngi, dünyanın ən böyük istehsalçısı olmaq yarışında Volkswagen qarşısında çox az fərqlə öndədir. Keçən il Toyota-nın qrup satışları 10.23 milyon, Volkswage-nin satışları isə 10.14 milyon ədəd olmuşdur.