Telekommunikasiya avadanlıqları müəssisəsini gücləndirmək və Eriksson AB ilə daha yaxşı rəqabət etmək istəyən Nokia Oyj, "Alcatel-Lucent SA"nın bir hissəsini satın almaq üçün müzakirələrə başlayıb.



Məsələyə yaxın mənbələrin verdiyi məlumatlara görə, Finlandiyanın Nokia şirkəti, "Alcatel"n simsiz avadanlıqlar istehsalı bölməsini bu həftə satın almaq üçün müqavilə bağladığını elan edə bilər.



Digər tərəfdən "Alcatel"in simsiz avadanlıqlar istehsalı bölməsinin tamamilə satılmasının nəzərdən keçirildiyi qeyd olunub. 2014-cü ildə "Alcatel"in kabelsiz simsiz avadanlıqlar istehsalı bölməsinin gəliri 4.7 milyard avro (5 milyard dollar) həcmində olub və mərkəzi ofisi Parisdə yerləşən "Alcatel"in cəmi satışlarının 36%-ni yaradıb.