Dünyanın ən iri eynək istehsalçısı Fransanın “Essilor Optica” şirkəti, Türkiyənin “Merve Optik” şirkətinin 65%-ni satın alıb. Bu şirkətin Türkiyə bazarında daha da böyümək istəməsi planlarından xəbər verir. Essilor, lazımi icazələrin alınmasından sonra şirkətin nəzarətinə malik olacaq. 160 il əvvəl yaradılan şirkətin 40 mindən çox əməkdaşı var.
Essilor, 100 ölkədə fəaliyyət göstərir. 2001-ci ilin böhranı zamanı Türkiyə bazarından çıxan Essilor, Avropada baş verən iqtisadi böhrandan sonra yenidən Türkiyəyə geri qayıtmaq qərarı vermiş və 2012-ci ildə “Yeda Tora Optik” firmasının 70%-ini almışdı. Fransız nəhəng həmin il “Opak Optik”in də 51%-niini satın almışdı. 2015-ci ilin ilk rübündə 1 milyard 659 milyon avro gəlir əldə edən “Essilor”un bazar dəyəri 24.7 milyard avrodur. “Merve Optik” 1986-cı ildə yaradılıb. Şirkət, günəş və optik eynək olaraq Osse, Mustang, Hawk, R.Cavalli, Ferre, Swarovski kimi bir çox markanın Türkiyədə distribyutorudur.