Bununla artıq 3-cü ildir ki, daha doğrusu "Marketinq Azərbaycan" qrupu yaranandan bu tərəfə hər il Novruz bayramında marketerlərin əyləncəli görüşünü edirik. İlk dəfə Dalida restoranında, sonra Şəki restoranı, son dəfə isə Gate25 restoranında etdik. Hər il bir sloqan ətrafında toplaşırdıq. Bu il də sloqanımız – “Mart çıxdı, dərd çıxmadı” idi.



Bu ilin martı həqiqətən də devalvasiya kimi sürprizlə biz marketerləri üz-üzə qoydu. Ona görə də sloqanımızı məhz bu cür seçdik. Son görüşümüzdə 130-a qədər müxtəlif şirkətlərdən menecerlər iştirak etdi. Bizim bu tip görüşlərimiz əslində “community” xarakteri daşıyır. Bu tip görüşlərlə, əslində buna bəhanələr də demək olar, biz istəyirik ki, marketinq icması olaraq tez-tez görüşək, tez-tez bir-birimizə faydalı olaq və eyni zamanda sektorda baş verənləri fərqli formatlarda müzakirə edək.



İşimiz çox streslidir, heç olmasa bu tip tədbirlərlə stresli iş mühitindən bir neçə saatlığına da olsa, uzaqlaşaraq və bir az da əylənərək istirahət etmək lazımdır. Bu görüşlərdə biz hər dəfə yeni-yeni insanlarla tanış oluruq, yeni əlaqələr və yeni iş fürsətləri qazanma şansı əldə edirik. Çox danışmadan həmin görüşdən olan qısa video çarxı aşağıda Sizə təqdim edirəm. Bu arada video üçün ÖzFilm-ə təşəkkürlər. Çox sevinirik ki, marketinqə aid tədbirlərimizdə şirkətlərimiz dəstək olmaq üçün əllərindən gələni əsirgəmirlər.