Şokalad brendi KitKat (Nestle) Google ilə birlikdə Fevral ayında təqdim olunmuş "Celebrate the Breakers Break" adlı layihəsinin bir hissəsinə çevrilən "YouTube my break" adlı layihə təqdim etdi. Nestle brendinin Web saytında olan hesabata görə "KitKat"ın 100 milyondan çox qablaşdırma dizaynında olan KitKat loqosunu 72 növdə yazı əvəz edib. 600 min KitKat qablaşdırması üzərində isə layihəyə əsasən brendin partnyoru YouTube yazılacaq.
YouTube yazısı "KitKat"ın ənənəvi yazı növü və rəngində olacaq. Bundan əlavə qablaşdırmada birthday, office, rainy day və başqa bu tip sözlər əks olunacaq. Nestle və Google yeni dizayn sayəsində insanlara boş vaxtlarının fasilədən daha artıq olduğunu xatırlatmaq istəyir. Eyni zamanda layihə çərçivəsində KitKat qablaşdırmasında smartfon və "Google"un səsli axtarış tətbiqinin köməyi ilə istifadəçiyə "YouTube"un məşhur top videolarını göstərəcək xüsusi nişan da qeyd olunub. "KitKat YouTube my break" tələbi ilə istifadəçilər brendin reklam çarxını və "YouTube"un reytinqli videolarını izləyə biləcək.