Boğaziçi Universiteti İşlətmə və İqtisadiyyat Klubu 62-ci ilində, bütün dünyadan olan tələbələri eyni platformada birləşdiyi 18-ci Brandmarker beynəlxalq marketinq yarışmasını 10-16 İyun 2015-ci il tarixində Boğaziçi Universitetində təşkil edir. Dünyada və Türkiyədə marketinq sahəsində təcrübəli kəsləri və mütəxəssisləri qəbul edərkən, baş sponsor "Volkswagen"in verəcəyi "Marketing Brief"i üzərinə bütün tələbələrin bir marketinq strategiyası yaratmasına imkan verir.



Türkiyənin ən qədim və ən böyük karyera klubu Boğaziçi Universiteti İşlətmə və İqtisadiyyat Klubu, bu il 18-ci dəfə təşkil olunan Brandmarker fəaliyyəti ilə "Lüksü yenidən təyin etmək", "Global lokal markalar", "Marka sədaqəti", "Beynəlxalq Marketinq" kimi iclaslarında, marketinq direktorlarını, CEO-ları, professorları və daha bir çox şəxsi qonaq edəcək. Volkswagen Türkiyə, DEATH Cigarettes qurucusu BJ Cunningham, Eti Gıda, Faber Castell Türkiyə Marketinq Direktoru Ayşe Kırımlı, GlaxoSmithKline marketinq professoru Amitava Chattophadyay kimi adların qonaq olduğu Brandmarker 10-16 İyun 2015-ci il tarixlərində Boğaziçi Universiteti Sarıtəpə şəhərciyində reallaşacaq. Fəaliyyət Volkswagen baş sponsor olmaq üzrə, Eczacıbaşı, Arzum, CarrefourSA, Coca-Cola, Nestle kimi brendlərin sponsorluğu əsasında reallaşacaq. 2 günlük konfrans və 2 gün seminar işləri ilə birlikdə İstanbul səfərləri, dəniz kənarı keçiriləcək əyləncələr, Masterchef və Talent Show kimi fəaliyyətləri ilə tələbələrə unudulmayacaq bir həftə təqdim edir. Bütün həftənin proqramlarında iştirak edənlərə sertifikat da veriləcək. Eyni zamanda Brandmarker fəaliyyəti qalib qrupu Volkswagen-Wolfsburg Factory və Berlin turuna pulsuz göndərəcək.



İştirak haqqı yalnız 150 $ təşkil edir. İştirak haqqı şəxsi və yol xərcləri (Sizin İstanbula səyahət və geri dönmək) istisna olmaqla bütün xidmətləri (mühazirələr, partilərə giriş, qayıq turu, yaşayış, qidalanma, şəhər turu, mədəniyyətlərarası gecə və s.) əhatə edir. Event dili İngilis dilidir.



"Facemark.az" tədbirin media partnyorudur. Qeydiyyat üçün bu linkdən istifadə edin: http://www.brandmarkercongress.com/applying/ və tədbir haqqinda hardan məlumat almısınız xanasına (How did you hear about the challenge?) FACEMARK qeyd edin. Event ilə əlaqədar ətraflı məlumat və iştirak formu üçün www.brandmarkerchallenge.com saytını ziyarət edə bilərsiniz.