"Publicis Worldwide" ilk logosundan ilham alınaraq hazırlanan yeni loqosunu təqdim etdi. Dünyanın ən böyük reklam agentliklərindən biri olan Publicis Worldwide loqosunu yenilədi. Dizaynında Art Deco tərzini əks etdirildiyi yeni logo, müasir simmetriyası və sadəliyi ilə diqqət çəkir. Publicis WorldWide Şimali Amerika imzası daşıyan yeni logoda iconic aslan başının qorunduğu görünür.



Şirkətin yeni loqosu Marcel Bleustein-Blanchet'in 1927-ci ildə hazırladığı və ofisin qapısında yer alan ilk logodan ilham alır. Agentlik həmçinin "Bleustein-Blanchet"in "həyatımın qapısı" olaraq bəhs etdiyi ilk ofis qapısını, 1950-ci illərdə "Champs Elysées"dəki yeni ünvana köçdükləri zaman da yeni ofisdə istifadə edib. Publicis Worldwide, 84 ölkədə 13 mindən çox işçinin vəzifə aldığı agentlik şəbəkəsinin hamısında yeni loqosu ilə fəaliyyətlərinə davam edəcək.