Gürcüstannın rabitə orqanları assosiasiyası və Ukraynanın reklam koalisiyası yeni beynəlxalq reklam festivalı AdBlackSea təqdim edir. Festival 2015-ci ilin 24-27 Sentyabr tarixində Gürcüstanın ürəyi olan Batumidə baş tutacaq. 4 gün davam edəcək festivalda reklamçılar seminarlarda öz təcrübələrini bölüşəcək, boş vaxtlarında dəniz kənarı gəzintilər keçirəcək, üzgüçülük, ekskursiyalar, iştirakçılarla ünsiyyət qujracaq və təbii ki, festivalın son günü ən yaxşı işlər mükafatlandırılacaq.



İyul ayının 1-dək, festival iştirakçıları üçün xüsusi şərait yaradılacaq. Bu yeni beynəlxalq reklam festivalı bütün iştirakçıları güclü, qeyri-adi və original qərarlar həyata keçirmək və həvəsləndirmək məqsədi daşıyır. Festival Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Bolqarıstandan həmçinin Baltik ölkələri, Qazaxıstan, Moldova, Ermənistan, Azərbaycan, Avropa və Asiyanın digər ölkələrindən olan yaradıcıları və reklam agentliklərinin təqdimatçılarını bir araya gətirir. Gələcəyə doğru yönlənmiş festival video, dizayn və ideya olmaqla üç elementə əsaslanır. Məhz bu yönlənmə ilə festivalın konkurs proqramı qurulacaq:



BestVideoContent



BestDesign


Print&Poster


BestIdea



Münsiflər heyəti siyahısına CannesLions, ADC*E, NewYorkFestivals, GoldenDrum, Epica və başqa bu kimi beynəlxalq festivalların təkrar qalibləri və beynəlxalq reklam sənaye nümayəndələri daxil olacaq. Festival çərçivəsində reklam sahəsində gənc və təcrübəli mütəxəssislərin rahat şəkildə ünsiyyət qura bilməsi üçün xüsusi sahə yaradılacaq. "Festival Welcome to recharge" şüarı altında keçiriləcək.AdBlackSea reklamverənlər üçün yeni fikirlər yaradan ilham mənbəyi olacaq. Xüsusilə bu hadisəyə qatqı təmin edəcək yer isə Batumidir.



Qədim tarix və müasir memarlıq, mülayim Qara dəniz, gözəl gün batımı və gün doğumu, Gürcüstan qonaqpərvərliyi və mətbəxi – bütün bunlar Batumini festivalın keçirilməsi üçün ideal məkan edir. İyul ayının 1-nə kimi işlərin qəbulu və 20 % endirim var. Festival haqqında daha ətraflı məlumat almaq və ya hər hansı suala cavab tapmaq istəyirsinizsə 0038(044) 490-90-30, festival@vrk.org.ua - Catherine Grabovskaya və project@vrk.org.ua - Olga Podgorski ilə əlaqə saxlaya bilərsiniz.