“AGAMA communications group” və GROU agentliyi Sentyabrın 4-də Kiyevdə keçiriləcək “WCFDavos”u (Dünya Kommunikasiyalar Forumu) – Davos Kommunikasiyalar Forumunu təqdim edir. “WCFDavos Kyiv” forumun ikinci illik iclasının “Yeni kommunikasiyalar: ölkə, biznes, mətbuat və cəmiyyət” mövzusu çərçivəsində tədbir iştirakçıları növbəti məsələləri müzakirə edəcək.



“Kommunikasiyalar ölkə hökuməti, dövlət, biznes dairələri, həmçinin müxtəlif cəmiyyət qrupları arasında qarşılıqlı anlaşmanı necə inkişaf etdirir?”, “Məhsuldar dialoq üçün əsas element nədir?”, “Texnoloji inkişaf, sosial və digər müasir dəyişikliklər kommunikasiyaya necə təsir edir?”. Kiyevdə keçiriləcək “WCFDavos” forumu kommunikasiyaları ölkə, cəmiyyət və şirkətin inkişafında strateji investisiya kimi görən hər kəsi sözügedən tədbirə dəvət edir. Dövlət institutları, biznes-şirkətlər, QHT və media rəhbərləri, həmçinin kommunikasiyalar sahəsinin peşəkarları bu sahədə qlobal ideyalar və çağırışları müzakirə etmək üçün Ukrayna və digər xarici ekspertlərlə görüşəcəklər.



“WCFDavos Kyiv” forumunun natiqləri:



Ted Vaytsayd: İctimai diplomatiya üzrə baş katibin assistenti, NATO


Dmitro Şimkiv: Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini


Cianni Katalfamo: “Digital & Social Media Leadership boutique cc: catalfam”ın rəhbəri, İtaliya


Endi Hander: Amerika Ticarət Palatasının prezidenti


Dmitro Kuleba: UkraynaXarici İşlər Nazirliyin böyük səfiri


Anna Derevyanko: Avropa Biznes Birliyinin rəhbəri


Tatyana Puşnova: “UkraineToday”in icraçı prodüseri


YevhenHlibovitski: “pro.mova”nın partnyoru, media-ekspert


Nataliya Zabolotna: “Mistetskiy Arsenal” Milli İncəsənət Mədəniyyət və Muzey Kompleksinin direktoru və digər dövlət məmurları, şirkət rəhbərləri və ictimai xadimlər.



Forumun gündəliyində duran 5 əsas məsələ:



1. Geosiyasətdə qlobal dialoq. İctimai siyasət


2. Hökumət və biznes: kommunikasiyalarda sabit əməkdaşlıq


3. İnnovasiyalar və kommunikasiyalar:məhsuldarəməkdaşlıq


4. Polyarlaşmış cəmiyyətdə mətbuat: problemin bir hissəsi və yaxud onun həlli?


5. Mədəni diplomatiya – həmrəyliyin üsulu



Forumun iclaslarında iştirakın qiyməti: erkən sifariş (25 İyuladək) – 120 avro, standart qiymət- 140 avro.



Xüsusi güzəştlər:



İkinci alınan biletə - 5% endirim


UAPR, EBA, IAMI və ACC üzvləri üçün - 10% endirim



Rəsmi tərəfdaşlar:



“AGAMA communications”, “Ekonomika Communication Hub”, “Focus” jurnalı, “Platfor.ma”, “LIGA Biznes Inform”, Avropa Biznes Birliyi, Amerika Ticarət Palatası, Kiyev-Mogilyan Biznes Məktəbi, Ukrayna İctimaiyyətlə Əlaqələr Birliyi, Beynəlxalq Marketinq Təşəbbüsləri Birliyi, “RED Communications” PR Agentliyi (Azərbaycan), “PR Institute” konsaltinq şirkəti (Belarus), “PG Communications Kazakhstan/Press Club” (Qazaxıstan), “Communication and consultants” ictimaiyyətlə əlaqələr üzrə müstəqil agentliyi (Litva) vəs.



Ətraflı məlumat üçün əlaqəli şəxs:



Anastasiya Lukaşeviç, “WCFDavosKyiv 2015” forumunun meneceri


Tel.: +38 067 447 41 05, e-mail: davoskiy@agama-communications.com