Unilever, Lego, P&G, SAP və Henkelin qurupları 21-22 Noyabr 2015-ci il tarixlərində Tehranın Shahid Beheshti Universitetinin zalında keçiriləcək, İranın ilk beynəlxalq marketinq konfransında çıxış edəcəklər. P World tərəfindən keçirilən tədbirin eksluziv partnyoru Mana Payam, Platin Sponsoru isə Aujan İnsdustriesdir. Tədbir müştəri marketinqi, təcrübi marketinq, reputasiya marketinqi və sosyal mediya marketinqi mövzularına fokuslanan, ən son qlobal marketinq və kommunikasiyalar trendləri haqqında anlayışları iştirakçılara təklif edir.



Tədbirin spikerləri:



Lars Silberbauer: Qlobal Sosyal Mediya Direktoru, LEGO Group


Alex Malouf: Korporativ Kommunikasiya Meneceri, P&G


Steffen Ruebke: Vitse-prezident və General Menecer, Henkel Beauty Care


Sivakumar Thangaratnavelu: Eks Müştərilərlə İş şöbəsinin müdiri, HSBC Amanah və idarəedici partnyor, Symplify.com


Tomas Jensen: Korporativ Kommunikasiya baş Direktoru, M&C Saatchi World Services


Tim Wilkinson: Sədr, Bell Pottinger Middle East


Mads Holmen: Təsisçi və CEO, Biblio


Irina Pashina: Marketinq və Kommunikasiyalar direktoru, SAP SE


Baris Zavaroglu: Beynəlxalq Marktinq Eksperti, Eks İstehlakçı Məhsulları şöbə müdiri, the Walt Disney Company


Alper Eroglu: Dezodorantlar və ağlz qulluğu kateqoriyas, Qlobal Mediya Direktoru, Unilever



MPERA həmtəsisçisi və Brend məsləhətçisi Hubert Grealish də ölkənin ilk marketinq tədbirinin ABŞ, Avropa və Yaxın Şərq də daxil olmaqla, 15 ölkədən olan beynəlxalq çıxışçıların sırasına daxildir. İranın dünyaya açılmağa hazırlaşdığı bir vaxtda, Qlobal Marketinq Zirvəsi beynəlxalq sahibkarların ölkəni ziyarət etməsi, ölkənin biznes mühiti və ölkədə bizneslə məşğul olmaq imkanları və çətinlikləri haqqında məlumat toplamaq üçün ideal bir imkan kimi görsənir. Qlobal Marketinq Zivəsində qeydiyyatdan keçmək və qiymətlər haqqında məlumat üçün aşağıdakı linkdən istifadə edin: http://www.thepworld.com/pevents/event/105/global-marketing-summit