"Activision Blizzard", bütün dünyada böyük bir istifadəçi kütləsinə malik olan "Candy Crush" oyununun istehsalçısı "King Digital Entertainment"ı satın alıb. "Activision Blizzard", bu satınalma üçün 5.9 milyard dollar ödəyəcəyini açıqlayıb. "Activision Blizzard", bu addımla qlobal şəbəkəsini genişləndirməyi planlaşdırır. Satınalma əməliyyatının iki şirkətin idarəetmə komissiyaları tərəfindən təsdiq olunduğu ifadə edilir.



"Activision Blizzard" aralarında "Call of Duty", "World of Warcraft", "Skylanders və Destiny" kimi bütün dünyada milyonlarla insan tərəfindən oynanılan oyunların sahibidir. Şirkət ötən il satışlardan 4,4 milyard dollar qazanarkən, xalis mənfəəti 835 milyon dollar olub. "Activision Blizzard"ın ən məşhur oyunu "Call of Duty"dir, "Candy Crush" da mobil cihazlarda ən çox endirilən oyunlardan biridir. King şirkəti ötən il, səhmlərinin bir hissəsini açıq birjaya çıxartmış (İPO) və investorlar böyük maraq göstərmişdi.