Facemark.az-ın Macarıstan nümayəndəsi Babək Musa-zadə #Soruşgör layihəsinin ilk müsahibini təyin edib. İnternational Business School marketinq direktoru, Macar reklam Assosiasiyasının direktor müavini Balint Nagy Marketinq Kommunikasiyaları və Brendinq mövzusunda Azərbaycanlı həmkarlarının suallarını cavablandıracaq.
Suallar yalnız Facemarkın #Soruşgör postunda, yəni bu yazının altındakı şərhlərdə və ən əsas da Marketinq Azərbaycan qrupundakı xüsusi paylaşılmış posterin altında qeydə alınacaq. Qeyd edilən suallardan 15 ədədi ingilis dilinə tərcümə edilib müsahibimizə çatdırılacaq. Qruplaşdırılarkən oxşar suallar və mövzu ilə bağlılıq nəzərə alınacaq. Həftənin cümə günü cavablandırılan suallar müsahibə şəklində saytımızda yayımlanacaq.
Qeyd edək ki, #Soruşgör layihəsi qeyri-biznes layihədir və əsas məqsədi yerli mütəxəssislərimizi xarici təcrübə ilə tanış etmək, marketinq mövzusunda maarifləndirməkdir. Həftədə bir dəfə olmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərən mütəxəssislər müsahib qismində iştirak edəcəklər. Layihə Facemark.az və Marketinq Azərbaycan qrupu ortaq layihəsidir.