“Apple” korporasiyası dünyanın ən qiymətli brendlərini müəyyən edən “BrandZ Top 100” reytinqində liderlik edir. Bu şirkət ekspertlər tərəfindən 182,9 milyard dollar həcmində qiymətləndirilib.





“Facebook” 33,2 milyard dollar göstərici ilə 19-cu yerdə qərarlaşıb. İkinci və üçüncü yerlərdə müvafiq olaraq “IBM” (115,9 milyard dollar) və “Google” (107,8 milyard dollar) şirkətləri yerləşib.
Reytinqin ilk beşliyində “McDonald's” (95,188 milyard dollar) və “Microsoft” (76,651 milyard dollar) brendlərinin də adları var.