Təəssüf hissi ilə bu yazımı qeydə alıram. Yazını mənə yazmağa məcbur edən səbəb, son aylarda baş verən intihar hadisələrinin ortaq səbəbi ölkəmin vətəndaşlarının banka olan borcudur. Bir insan banka borcu var diyə niyə intihar edər ? Banka borcu olmaq hamının həyatında başına gələ biləcək adi hadisədir. Azərbaycanda banklardan kredit götürən 1 milyondan yuxarı insan var. Yəni 1 milyon insanın daima bu borcu qaytarmama ehtimalı var.





Emile Durkhemə görə insanın intihar etməsinə 4 səbəb var:



Egoist intihar: Fərdin ətraf cəmiyyəti ilə bütünləşə bilməməsindən yaranan intihardır


Alturist intihar: Egoist intiharın tərsi yəni fərdin ətraf cəmiyyətlə bütünləşməsindən yaranır. Cəmiyyət normları onu məcbur edir ki, intihar etsin


Anomik intihar: Cəmiyyətdəki normların itməsindən qaynaqlanan intihardır. Xüsusən ekonomik krizislər vaxtı, müharibə vaxtı baş verən hadisələr nəticəsində olur


Fatalist intihar: Anomik intiharın tərsidir yəni cəmiyyətdəki normların həddindən artıq fərd üzərində təzyiq yaratması səbəbindən qaynaqlanır. Buna keçmiş dövrlərdə qulları misal verə bilərik



Hər biriniz banklara daxil olduğunda xüsusən problemli kreditlər şöbəsinin əməliyyatçılarının telefonda vətəndaşlarla necə danışdığının şahidi olmusunuz. Bu əlbəttə hər bankda belə deyil. Ancaq mən şəxsi müşahidələrimdə dəfələrə yüksək səslə fərdi yalançı çıxartmağa çalışaraq, onu incidəcək sözlərlə, təhqirlə guya kreditin geri qaytarılmasını təmin edəcək "problemli kredit mütəxəssisini" görmüşəm. Bu savadsız mütəxəssislər özlərini müştərinin yerinə qoya bilmədiyi üçün asan yollara əl atırlar. Problemli krediti daha da problemli hala salırlar. Bəlkədə işləyərək az az da olsa krediti qaytarmaq istəyən fərdi dahada küsdürüb, bütün ümidlərini üzməsinə səbəb olurlar. Bir dəqiqə krediti qaytara bilməyən vətəndaşı fikirləşin. Ətraf normları onu onsuzda sıxır. Ailəsi, dostları ətrafı borcunu qaytara bilmədiyinə görə onsuzda ciddi mənəvi təzyiqlər edirlər. Bir tərəfdəndə gündə bankın nümayəndəsi zəng edərək alova benzin tökür onu qanunla hədələyir. Fərd baxır ki, ümid yeri yoxdur asanlıqla intihar yolunu seçir.



Nəticəsi: Bank onsuzda borcun ala bilmir, əlavə olaraq "intihar həddinə çatdırmadan" istintaq açılır, məhkəmələr və sairə uzun olan proses dahada uzanır.



Artıq cəmiyyət normu olmağa doğru gedən bu təzyiqlərdən (Fatalist) həm biz cəmiyyət olaraq həm də bankların nəticə çıxartması vacibdir. Cəmiyyət olaraq ətrafımızda borcdan əziyyət çəkən dostlarımıza, ailə üzvlərimizə dəstək olmalıyıq. Onların həyata bağlanmasına, gülməsinə, işləməsinə stimul yaratmalıyıq. Dövlət bu imkanları vətəndaşlarımıza yaratmağa çalışır. Ama bizlərdə bu cəmiyyətin fərdləri olaraq bu imkanlara dəstək olmalıyıq. Çox çətindir ehtiyacı olan insana ayda bir dəfə cüzidə olsa maddi yardım etmək və ya onu yolda gördükdə gülər üzlə salamlayıb əhvalını yüksəltmək ?



Banklarda əlini artıq daşın altına qoysunlar. Sosial proqramlarla xüsusən ağır kreditlər altında yaşayan fərdlərə peşə artırma, motivasiya kursları təşkil etsinlər. Borcluya gəlirin artması üçün dəstək nə qədər yüksək olarsa, borcun geri qaytarma ehtimalıbir o qədər yüksələr və bankların cəmiyyət qarşısında sosial məsuliyyətdə artar. Banklar intensiv şəkildə iş yerlərinin açılmasına, sahibkarlıq mühitinin inkişafına dəstək verməlidir. Yaxşı olar ki, cəmiyyətə 6 aydan bir təqdimat etsinlər ki, neçə iş yerinin açılmasına, neçə şirkətlərin qurulmasına dəstək olublar. İstehlak kreditlərinin reklamından daha çox istehsal krediti reklamı etsinlər. Hazır balığa yox balıq tutmağa dəstək olsunlar. Son olaraqda problemli kreditlər üzrə mütəxəssis vakansyası açmaq əvəzinə, əlində var olan mütəxəssislərə insan psixologiyasını öyrətsinlər. Bilirəm ki, onlarında borclularla belə danışmaqdan xoşları gəlmir.