Dünya istehlak mallarının ən böyük istehsalçısı olan "Procter & Gamble" şirkəti, 2015-2016 illərin gəlirləri üzrə hesabat verib. Şirkətin gəlirləri keçən ilkinə nisbətən 27% az, yəni 2,8 mlrd. dollar təşkil edib. Bu isə illik satışın 7% azalması deməkdir. Şirkət satışın azalmasının 5%-ini valyuta dəyərinin oynaması, 2 %-ni isə şirkətin bəzi brendlərinin aktivlərinin satılması ilə əlaqələndirir.



Satışın düşməsi ən çox “özünə qulluq” (-10) seqmentində özünü göstərmişdi. Procter & Gamble öz məhsullarının qiymətinin artmasını ölkə valyutasının devalivasiyası ilə əlaqələndirir. Hesabatda deyilir ki, səhm üzrə əsas mənfəət 3% azalaraq 0,86 dollar olmuşdur.



"Procter & Gamble" Amerika şirkəti 1837-ci ildə Cincinnatidə yaradılmışdır. Şirkətə aşağıdakı brendlər daxildir: Ariel, Fairy, Lenor, Oral-B, Head & Shoulders, Gillette, Always, Pampers.