RecMed adlı tibbi startapın 14 yaşlı müəllifi layihəsini 30 milyon dollara satmaq təklifini rədd edib. Bruklində TechCrunch Disrupt konfransında çıxış edən yeniyetmə startapı çərçivəsində buraxacağı ilk tibbi yardım ləvazimatlarının satışını nəzərdə tutan avtomat aparatı haqqında danışıb.



RecMed - Gənc Sahibkarlar Məktəbinin 19 şagirdindən biri olan Rozentalın layihə işi kimi ortaya çıxmışdır. Avtomat ideyası beysbol fanatı olan məktəbliyə maçların birində gəlmişdi.



Aparatdan dəyəri 5,99-15,95 dollar olan ilk tibbi yardım dəsti, həmçinin, 6-20 dollar dəyərində bint, rezin əlcəklər, steril salfetlər və cuna yastiqciqları kimi bəzi vasitələri əldə etmək mümkündür.



2015 ildə təsis edilmiş RecMed layihəsi bu günə qədər təxminən 100 000 dollarlıq özəl investisiyalar çəlb edə bilmişdir. Məsələn, ABŞ-ın ən böyük əyləncə parklar şəbəkəsi Six Flags artıq 100 belə aparatın sifarişini verib. Startap gəlirini hər birinin dəyəri 5500 dollar olan aparatların və ilkin tibbi ləvazimatların satışından əldə edəcək.