Financial Times “Knight Frank Luxury Investment Index”in məlumatlarına istinadən yazır ki, dəbdəbə predmetləri içərisində ən sərfəli investisiya köhnə idman avtomobillərinə qoyulan investisiyadır. Ferrari və Porsche kimi idman avtomobillərinə qoyulan puldan gələn gəlirlər son 10 ildə 47% təşkil edib.



Köhnə avtomobillərin yüksək dəyəri rekord hərrac satışları hesabına saxlanılır. Belə ki, ilin əvvəlində 1957 il buraxılışı olan Ferrari 335 Sport avtomobili 24,7 milyon funt sterlinqə satılmışdır ki, bu da sürət avtombilləri üçün maksimal məbləğ olmuşdur. 1953 ilin Jaguar XK120C C-Type avtomobili 8,5 milyon funt sterlinq, həmin ilin Mercedes-Benz W196 Grand Prix isə 18,8 milyon funt sterlinqə qiymətləndirilir.



2016 ilin 31 mart tarixinə görə 10 ildə köhnə avtomobillərə qoyulan xərc 467%, 5 ildə isə 161% gəlir göstərmişdir.



Digər lüks predmetlərinə gəldikdə isə, onlar da yüksək gəlirlik göstərmişdir. Belə ki, kolleksiya şərablarınin qiyməti 10 ildə 245%, metal sikkələr isə 5 ildə 73% artmışdır.