Bu Italyan markasının loqotipi 1910 ildə çertyojçu Romano Kattaneo tərəfindən yaradılmışdır. O, öz işində Viskonti (1447-1277 illərdə Milanı idarə edən sülalə) evinin gerbini Milan emblemi - ağ fonda qırmızı xaç ilə birləşdirmişdir. 1918 ildə loqotipə «Alfa-Romeo» və «Milano» yazıları da əlavə olundu. 1970 ildə “Milano” və defis götürüldü.
1909-cu ildə, dörd Alman şirkəti: Audi, DKW, Horch və Wanderer birlikdə - Audiwerke GmbH yaratdı. Lakin işlər yaxşı getmədiyindən 1932 ildə dördlük birləşərək AutoUnion brendini yaratdı. Loqotip isə bir-birinə birləşmiş dörd zəncir halqası oldu. Halqaların hər birinin içərisinə isə həmin şirkətlərin loqoları yerləşdirildi. 1985 ildə loqonu sadələşdirərək bizə tanış olan loqonu yaratdılar. Yeddi il əvvəl - 2009-cu ildə - Audi loqosu bir az yeniləndi.
Bayerische Motoren Werke loqotipinin fırlanan pərləri simvolizə etdiyi haqqında əfsanənin kökləri 1920 ilə gedib çıxır. O zaman alman marketoloqları BMW loqotipini fırlanan pərlərin yanında əks etdirmişlər. Burada təəccüblü heç nə yoxdur, belə ki, həmin vaxt bavariyalılar təyyarə və təyyarə mühərrikləri istehsal edirdilər, avtomoillər haqqında heç düşünmürdülər. Lakin əfsanə çox maraqlı oldu və günümüzədək gəlib çıxdı. Əslində isə, şirkətin loqosu Bavariya bayrağının rənglərini əks etdirir.
“İkili şevron” Andre Sitroenin avtomobil istehsalına başlamasından çox əvvəl yaranmışdır. 1905 ildə fransız öz mirasını Eston qardaşları ilə lokomativ hissələrinin istehsalına qoydu. Onların buraxdığı dişli çarxlar rəqiblərin məhsullarından daha yaxşı və keyfiyyətli idi. Məhs dişli ötürücü Citroen loqosunda öz əksini tapmışdır. Andre Sitroen öz brendi altında ilk avtomobilni 1919-cu ildə buraxdı.
Chery Automobile - Çinin gənc avtomobil şirkətlərindən biri olub – Anhoy əyalətində 1997-ci ildə təsis edilib. 15 il ərzində Chery Automobile böyük işlər görərək köhnə təhlükəli avtomobil imicindən xilas ola bildi və yeni keyfiyyətli səviyyəyə qalxdı. 2013-cü ildə şirkətin loqosu yeniləndi. Açıq elleps bağlandı və Anhoy əyalətini simvolizə edən “A” hərfi isə şirkətin dəyərlərini – texnologiya, inkişaf və yüksək keyfiyyəti özündə birləşdirən üçbucağa çevrildi. Bundan başqa hər iki emblemdə CAC görmək olar ki, buda Chery Automobile Company mənasını kəsb edir.
FIAT Fabbrica Italiana Automobili Torino deməkdir. Onun mövcudluğunun ilk günlərində şirkətin loqosu FIAT yazısı olan lövhədən ibarət olub. Yüz il ərzində formasını tez tez dəyişərək dairəvi, düzbucaqlı, qalxanvari və yenə də dairəvi olmuşdur.
Great Wall Motor şirkətinin loqosu ovalın içərisinə yerləşdirilmiş, etibarliliq və güc rəmzi olan böyük çin səddindən ibarət olmuşdur. 2007-ci ildə loqo yeniləndi. Lakin hələdə loqoda «G» və «W» hərflərinin birləşməsini görmək olur.
Swallow Sidecar motosiklet şirkətinin sahibi Viliam Layons 1931-ci ildə atomobil istehsalına başlayaraq, şirkətin adını Jaguar-la əvəz etdi. Bu heyvan lütf, sürət, gözəllik və güc ilə assosasiya olunur. Yeni brend adı altında ilk avtomobillər qanadlı SS emblemi oldu. Tezliklə loqo yaquar başı ilə əvəz olundu. Sonra ingilislər yaquar heykəlinə keçdilər, 1938 ildə isə heykələ dinamiklik verdilər.
Sohir Honda tərəfindən əsası qoyulan Honda şirkətinin loqosu özündə heç bir sir daşımır. Latın “H” hərfi Minimal dəyişikliklərlə öz tarixi boyunca şirkəti müşayiət edir.
Hyundai şirkətinin loqtipində olan maili “H” hərfi əl görüşən iki nəfəri təmsil edir. Adamlardan biri - şirkətin nümayəndəsi, digəri isə - xoşbəxt müştəridir.
KIA sözünü şirkətin özündə “Asiyadan gələn” kimi tərcümə edirlər. İndiki beynəlxalq loqo 1994 ildən mövcuddur. Elleps yer kürəsini simvolizə edir və şirkətin ambisiyalarını əks etdirir.
Mazda adı yaradıcısının adı ilə eyni olsa da, bu ad ona atəşpərəstlikdə işıq tanrısı şərəfinə verilmişdir. İlk loqo 1934 ildə şirkətin adı olan lövhəcik idi. 1936 ildə loqo dəyişərək Xirosimanı xatırladan latin "M"in dalğalı xətlərindən ibarət oldu. 1991-ci ildə qanad, günəş və işıq dairəsini (lakin bu aydın görünmür) simvolizə etməyə başladı. Dizayner Reem Yoşimaroy tərəfindən təklif olunmuş muasir loqo isə dairəyə yazılmış yenə də latin "M" hərfidir. Bugünki loqo isə daha çox bayquş və ya laləyə bənzəyir.
Uğur rəmzi olan üçguşəli ulduzu 1880 ildə Qotleb Daymler fikirləşmişdi. Sonralar o bu loqonu Daimler Motoren Gesellschaft kimi patentləşdirdi. Eyni zamanda, Karl Benz öz şirkətinin ticarət nişanı kimi sükan şəklini qeydiyyatdan keçirtdi, daha sonra dəfnə çələngini sükanla əvəzlədi. 1926 ildə Daimler və Benz şirkətlərinin birləşməsindən sonra üçguşəli ulduzu çələngə yerləşdirərək loqoları birləşdirdilər. 1937-ci ildə emblem indiki görünüşünü aldı.
Mitsubishi şirkətinin loqosu İvasakini ailə gerbi (üç romb) ilə, üç palıd yarpağından ibarət Tosa qəbiləsinin gerbini özündə birləşdirir. Eyni zamanda yapon dilindən tərcümədə "Mitsu" - "üç", "Bisi" - "su şabalıd"ı deməkdir . Belə ki, Mitsubishi adı loqonun adından irəli gəlir.
Nissanın loqosu parlaq qırmızı dairənin (günəş simvolu) içərisinə mavi düzbucaqlının (səma simvolu) yerləşməsindən alınıb. Sonralar loqonu sadələşdirərək rənglərdən imtina etdilər.
Opel şirkətinin loqosu tarixi boyu 10 dəfədən çox dəyişib. 1937 ilə qədər loqo göz formasında idi. 1937 ildə loqo tamamilə yenilənərək "O" hərfinin içindən uçan sxematik dirijabl formasını aldı. 1964 ildə şirkətin loqosunda ilk dəfə olaraq ildırım şəkli meydana çıxdı. Bundan sonra dəyişikliklər kosmetik xarakterli oldu.
Pejo ailəsi zərgər Julien Belezeruya öz kəsici alət məhsullarına loqotip hazırlamağı sifariş verdi. Beləcə aslan şəkli mişar və duz və istiot üyüdənin üzərində göründü. Nəticədə Peugeot bir neçə dəfə fəaliyyət istiqamətini dəyişdi. Əvvəlcə fransızlar mətbəx əşyalarından velosipedə, sonra motosikletə, daha sonra isə avtomobil istehsalına başladılar. Loqonun detalları bir neçə dəfə dəyişsədə, aslan toxunulmaz qaldı.
1889 ildə Luis Reno iki qardaşı Ferdinand və Marcel ilə birlikdə "Société Renault Frères in Boulogne-Billancourt" adlı avtomobil şirkəti açdı. Əvvəlki loqoların indiki ilə heç bir əlaqəsi yox idi. Almazı xatırldadan (başqa versiyaya görə tank izinini, belə ki, birinci dünya müharibəsində şirkət Renault FT-17 markalı tank istehsal edirdi) rombşəkilli loqo ilk dəfə 1925 ildə yaradılmışdır və o vaxtdan çox cüzi dəyişikliyə məruz qalmışdır. 1946 ildə loqo sarı rəngə boyanmış və o zamandan sarı rəng markanın firmenni rəngi olaraq qalır.
Bizə tanış olan qanadlı ox (bəziləri bunu hindu başı hesab edir) emblemi ilk dəfə, markanın faktiki təsisçiləri Vaslav Laurin və Vaslav Klementin Emil Şkoda ilə əməkdaşlıq etmək barədə razılığından 1 il sonra ,1926 ildə yaradılmışdır. Loqo ideyasını Skoda Plzen şirkətinin kommersiya direktoru Maqliçə aid edirlər, lakin onun mənası sirr olaraq qalır. Deyilənə görə 20-ci illərdə “Hindu” sözü yeniliklə sinonim hesab olunurdu. Skoda şirkətinin loqosu iki dəfə - 1999 və 2011 illərdə təkmilləşdirilmişdir.
İlk kütləvi avtomobil markası - Subaru 360 – 1958 ildə işıq üzü gördü, loqosu isə Ülkər ulduz bürcünü simvolizə edir. Loqodakı 6 ulduz Fuji Heavy Industries təşkil edən 6 şirkətdir. Subaru adı isə FHI prezidenti Kenji Çin tərəfindən verilmiş və yapon dilindən tərcümədə "birləşdirmək" və ya "bir yerə toplamaq" mənasını verir. Subaru fəaliyyəti dövründə loqo cəmi 6 dəfə dəyişib, lakin onun mahiyyəti həmişə dəyişməz qalıb.
Suzuki loqosu olan latın “S” çox bəsit olsada, dünyada mükəmməl tanınandır. Marka emblemi tarixində hər hansı bir əhəmiyyətli dəyişikliklərə məruz qalmayıb.
Yeni yaradılmış şirkətinin loqosunu fikirləşərkən, Sakichi Toyoda müsabiqə elan edir və 20 mindən çox variant alır. Digər təkliflərin necə olduğu məlum deyil, lakin nəticədə kifayət qədər sadə loqo qazanır. Eyni zamanda, «Toyoda» daha yaxşı qavranılması üçün «Toyota»ya çevrildi. Markanın müasir loqosunda çoxları Sakichi Toyodanın toxuculuq keçmişini simvolizə edən iynəyə keçirilmiş sapı görür. Bəziləri isə emblemdə markanın şifrələnmiş adını görür.
Porsche firmasının əməkdaşı Franz Xavier Raymşpis tərəfindən hazırlanmış Volkswagen şirkətinin loqosu açıq bir müsabiqədə ən yaxşı loqo kimi tanınmışdır. Raymşpis 400 ABŞ dollar məbləğində mükafat qazandı. Faşistlər zamanı loqo xaç stilinə uyğunlaşdırıldı. Əlbətdəki, tezliklə bundan imtina edildi, lakin «V» və «W» hərflərinin monoqramı şirkətin tarixi boyu qaldı. 2000 ildə loqo bir daha yeniləndi.
Volvonun loqo ideyası 1927 ildə ilk avtomobil ilə yaranıb. Dairəvi ox ona bir neçə məna verdi. Bir versiyaya görə, o Roma tanrısı Marsı, digər versiyaya görə - dəmiri (İsveç Poladı yüksək keyfiyyəti ilə fərqlənirdi), üçüncüyə görə - kişi başlanğıcını, dördüncüyə görə isə - hamısını birdən simvolizə edir. Loqonun şrifti 1958 ildən dəyişməz qalıb.