Sevindirici haldır ki, artıq ölkəmizdə il ərzində biznes sektoruna aid tədbirlər əvvəlki illərlə müqayisədə xeyli artıb. İldə bir dəfə MMF, bir dəfə DMC, bir dəfə MİRF, 2 dəfə Marketing AİR – təkcə bunlar bizim yaxın ətrafımız tərəfindən təşkil edilir. Bundan əlavə də xeyli sayda aktivliklər, maarifləndirmə məqsədli seminarlar olur. SAT Group-un da ilboyu aktivliyini xüsusi qeyd etmək lazımdır. Onlar da öz növbəsində əsas fokusu həkimlərə verməklə nəhayət tibb sektoru üçün də ixtisaslaşmış marketinq təlimləri verirlər. Facemark.az isə ilboyu bu tip yerli və xarici tədbirləri məmnuniyyətlə işıqlandırmağa davam edir.
Bütün bunlarla biz səmimi qəlbdən fəxr edirik. Fəxr edirik ki, az da olsa, əlimizdən gələn nələrisə etmək üçün komfort zonamızı rahatlıqla tərk edirik. Kiçik bir sirr olaraq deyim ki, bu kimi işlərin əsas uğuru bilik və təcrübənlə yanaşı, faydanı da bölüşə bilməyindir. Biz və dostlarımız çalışırıq nə ediriksə edək həmişə hər tərəf qarşılıqlı fayda götürsün. Məncə, məhz bu xüsusiyyətə görə Allaha şükürlər olsun ki, neçə ildir ardıcıl olaraq onlarla söz-söhbətə, dedi-qoduya, hətta 2 devalvasiyaya baxmayaraq tempimizi artırmışıq ki, azaltmamışıq.
#MIRF2016 bu il 22 oktyabr Park Inn otelində keçiriləcək. Keçən ilki MİRF2015-i yəqin ki, çox dostlarımız xatırlayır. İlk dəfə idi ki, biz AİR olaraq o qədər HR-ı bir yerdə görürdük O dəfə şərhlərimin birində də yazmışdım, yenə də deyim ki, HR-lar əslində çox yaxşı adamlardır, onlar bizi işə götürürlər Zarafat bir yana, min cür əziyyət bahasına da olsa, Cabir Süleymanlı və Murad Maliki təbrik etmək lazımdır. Eyni zamanda bu il komandalarına yeni dostlar da əlavə edilib. Grow Center rəhbəri Telman, Vüsal Qasımov və Orxan Mirzə MİRF üçün zəhmətlərini əsirgəmirlər. Mirf2015-də böyük iş bacarmışdılar. Keçən ilki proqrama buradan göz ata bilərsiniz – http://2015.azmirf.com/proqram. Tədbirlə bağlı fotoşəkilləri facebook səhifələrindən də görə bilərsiniz: https://www.facebo
Təşkilatçılardan bir sıra məlumatlar aldım, istəyirəm onu Sizinlə də bölüşüm. Bu il MİRF2016-da panellər olmayacaq və çıxışlar spikerlərin özlərinin seçdikləri mövzular haqqında olacaq. İR-da avtomatlaşdırma, İR strategitasının qurulmasında əngəllər, Psixoloji müqavilə, İR-da koçinq, personal brendinq kimi maraqlı mövzular var. Taleh Yüzbəyovun çıxışı isə tədbirə biraz əyləncə qatmaq məqsədilə sketch tərzində olacaq. Çıxışlarla yanaşı, keçən ilki kimi spikerlərlə networkinq üçün, eləcə də onlara bol-bol suallar ünvanlamaq üçün iştirakçılara imkanlar veriləcək. Bu tip tədbirlər günbpyu davam edir, insan təbii olaraq yorulur. MMF-də həmişə axtarmışıq ki, nə edək ki, bir az əyləncə qataq, insanlar yorğunluqlarını atsınlar. Dostlarımız bu il MİRF2016-da bunu ediblər deyəsən. Amma demirlər ki, hələlik sürpriz olsun. Keçən il maraqlı hədiyyələri var idi. Bu il də forum iştirakçılarına öz sahələrinə aid maraqlı hədiyyə olacaq deyir Cabir. Görək.
Necə iştirak etmək olar?