Bugün digital aləm hər an dəyişir, hər an yeni nəsə əlavə olunur. Biznes dünyası bəzən bu yenilikləri tətbiq edəcək elastikliyə, operativliyə sahib olmur. Və ya trendlər çox sonra gəlib bizə çatır, adaptasiyası uyğun gəlmir və s. kimi problemlər ortaya çıxır. Digital gələcəkdir. Biz istəsək də, istəməsək də o gələcək. Biznes özü bu yeniliklərlə böyüyəcək. Biz bu konfransda mütəxəssislərin dilindən digital aləmdə baş verən yenilikləri praktik olaraq eşitmək istəyirik. İstəyirik ki, onlar biz iştirakçılara elə təcrübələrdən, biliklərdən paylaşsınlar ki, onlar rahat şəkildə tətbiq edilə bilən olsun. Sosial şəbəkələr, onların idarə edilməsi, reklamların yerləşdirilməsi bugün Azərbaycanda çox aktualdır. Bu işi professional görən elə də çox deyil.



"Təsəvvür edin bayaq oxuyuram ki, instagramda reklam verənlərin sayı 500 minə çatıb. Facebookda bu rəqəm 2 milyon insandır. Twitterdə isə 100 min civarındadır. Milyardlara xitab edən şəbəkələrdə rəy formalaşdırmasında iştirak edən uzağı 3 milyon adam var."



Biz bu konfransda Sizlərin də rahat şəkildə həm də bu tip biliklərə yiyələnmənizi, bildiklərinizi isə daha da möhkəmləndirmənizi istəyirik. Yaxşı ya da pis, nəyimiz varsa, odur. Mütləq şəkildə belə platformalar vasitəsilə təcrübələrimizi mütəmadi bölüşməliyik ki, faydalı olaq, sektora dəstək olaq. Siz də dəstək olmaq üçün DMC2016-da iştirak edə bilərsiniz. Bu tip tədbirlərdən nə qədər çox olsa, yaxşıdır. Biz konsert vermirik, camaata mp3 yüklətdirmirik, dəbin arxasınca qaçıb ucuz kütlə yığmırıq. Əksinə indiki zamanda bizi dövlət olaraq da, fərd olaraq da daha da gücləndirən bir istiqamətdə hər nə qədər çətinliklər olsa da fəaliyyət göstəririk. Çox ümidvarıq ki, builki DMC2016 ötən ilkindən yaxşı mənada xeyli fərqlənəcək, Sizlər daha çox faydalanacaqsınız.



Bildiyiniz kimi 05 noyabr tarixində, şənbə günü digital marketinqin nəbzi Badamdar Oteldə döyünəcək. Təxmini 500 nəfərə yaxın insanın iştirakı gözlənilən bu tədbirə hazırlıqlar da son sürət davam edir. Vaxt azaldıqca işlərin gərginliyi daha da artır. Bugün, məsələn, saytımız dmcbaku.az istifadəyə verilməlidir. Biletlərimiz isə artıq satışdadır. Bilirəm ki, tədbirə son 2-3 gün qalmış bilet axtarışı prosesi sürətlənəcək, ona görə işinizi sığortalamaq üçün indidən əldə etmənizdə yarar var. Sifariş üçün https://www.facebook.com/dmcbaku.az facebook səhifəsinin mesaj yerinə yazmanız kifayət edir ki, bileti Sizə çatdırsınlar. Bu il minimum 200 – 250 şirkətdən 500-ə qədər nümayəndənin iştirak edəcəyini gözləyirik.



Konfransın əsas silahı spikerlərdir. Onun üçün də bu il biz spikerlərlə işə xüsusi önəm veririk. Konfransa qədər mövzular və format barədə saysız görüşlərimiz olacaq, bir qismini də artıq edib bitirmişik. İlk belə görüş isə artıq keçirilib. DMC2016 spikerləri ilə görüş 21 sentyabr Badamdar otelin iclas zalında baş tutdu. İştirak edə bilməyən spikerlərimizlə daha sonra ayrıca görüş olacaq, amma qalan bütün spikerlərimizlə faydalı 2 saatdan çox davam edən müzakirələrimiz oldu. Yuxarıdakı linkdən spikerlərlə görüşdən olan şəkillərlə tanış ola bilərsiniz. Aşağıda isə Sizə həmin görüşdən qısa video xülasəni təqdim edirəm:




DMC2016 spikerləri kimlərdir?



Spikerlin bir qismini video və şəkillərdə gördünüz. Bu ana olan spiker adlarını aşağıda Sizə qısaca yazıram. Onu da qeyd edim ki, hazırda çox vacib danışıqlar aparırıq. İnşallah Türkiyədə bank sektoru və facebook ölkə direktoru ilə danışıqlar aparırıq. Çox çalışacağıq ki, minimum 2 spiker xaricdən də dəvət edək. Yenilikləri mütəmadi olaraq Sizinlə bölüşəcəyik. Yaxın günlərdə isə Sizə spikerlərimizi ətraflı tanıdacağıq.



Deməli, bu il DMC2016-da Beat Group-dan iki spikerimiz var – Xətai Əli və Kamil Dadaşov. Daha sonra Paşa Bankdan Tural Nəbizadə, Baku.ws saytından Orxan Məmmədov, vine-ları ilə məşhur olan Hüseyn Əzizoğlu, radio aparıcı DJ Fateh, İlk Media rəhbəri İlkin Həsənli, 2.0 rəqəmsal agentliyindən Əflatun bəy, Asan Xidmət Zakir Əhmədov, New-Media Rasim Davudov, Sahil İT Vahid Qasımov, Universal Reklamdan Elxan Mahmudov, TİMWE Könül Bilalova mobil operatorlardan bir spiker ilə çıxış edəcək. Dediyimiz kimi bəzi yenilənmələr də olacaq ki, onları da dəqiqləşən kimi Sizinlə paylaşacağıq. Bu arada aparıcımız isə radio aparıcı, video bloger Turanə Hüseynli olacaq.



Belə. Gələcəyə gəlin. Orada görüşək :)