Fransız moda markası Louis Vuitton-ın sahibi Bernard Arnault, bir başqa Fransız moda markası olan Christian Dior-u 13,2 milyard dollar qarşılığında aldı və moda sektorundakı ən böyük satışı reallaşdırdı.



Beləliklə, kişi və qadınlar üçün paltarlar, ayaqqabılar, çantalar, saatlar, günəş eynəkləri, müxtəlif aksesuarlar və s. bir çox məhsul istehsal edən Christian Dior-un dəbdəbəli geyim markaları da Louis Vuitton-un tərkibinə qatıldı.



Dizayner Christian Dior, Marcel Boussac adlı iş adamının dəstəyi ilə 1946-ci ildə moda evini açdı. Daha sonra; ətir, saat və aksesuar kimi fərqli sahələrə də müraciət edən və New York, London, Tokio kimi böyük şəhərlərə addım atan moda evi sürətli bir böyümə reallaşdırmışdı. Pierre Cardin və Yves Saint Laurent kimi dizaynerlər da ilk dəfə Dior moda evi üçün çalışıblar.



Christian Dior 1957-ci ildə həyatını itirdi.